Günəş Abbasova EvroFest yarışmasının finalına vəsiqə qazanıb

 

Minskdə yaşayan həmyerlimiz Günəş Abbasova yaradıcılığa orada başlasa da, Belarusda kifayət qədər tanınır. Amma Azərbaycanda isə o, yeni tanınmağa başlayır. Arabir yolunu Bakıdan salan müğənni burada həm öz həmkarları ilə münasibətlərini qurur, həm onlarla birlikdə layihələr həyata keçirir. Belə ki, vaxtilə Akif İslamzadə ilə Brilliant Dadaşovanın birgə ifa etdiyi "Hər şey gözəldir həyatda" duetini indi tanınmış müğənni Elton Hüseynəliyevlə Günəş Abbasova hazırlayıb. Xatırladaq ki, Günəş Abbasova bir neçə gün bundan öncə Belarus televiziyasının təşkil etdiyi "EvroFest" yarışmasında çıxış edərək, milli seçim turunda qalib gəlib finala vəsiqə qazanıb. Ölkə daxilində keçirilən bu yarışmanın finalında o, "Fantastic girl" adlı mahnını ifa edib. Həm Belarusda, həm Azərbaycanda sevilmək istəyən müğənni "Eurovision" yarışmasına da qatılmaq arzusundadır. Lakin yarışmada o, yaşadığı ölkəni - Belarusu təmsil etmək istəyir.

 

Üç nöqtə.- 2008.- 17 dekabr.- S. 13.