ABŞ Dövlət Departamenti Bakıdakı konfransı
yüksək qiymətləndirir
"Azərbaycana gəlmək və mədəniyyətlərarası dialoqa həsr olunmuş konfransda müşahidəçi qismində
iştirak etmək çox xoşdur". Bu eksklüziv açıqlamanı APA-ya
ABŞ dövlət katibinin
peşəkar və mədəni mübadilə
üzrə köməkçisinin
müavini Alina Romanovski verib. O, Birləşmiş Ştatların
Azərbaycanla tələbə
və mütəxəssis
mübadiləsi sahəsində
çox zəngin proqram həyata keçirdiyini bildirib:
"Azərbaycana səfərimin
məqsədlərindən biri Birləşmiş Ştatlarda təhsil almış azərbaycanlı
məzunlarla görüşmək
və tələbə
mübadiləsi sahəsində
əməkdaşlığı davam etdirməkdir. Bu kimi proqramlar bir-birimizi daha yaxından tanımağa kömək edir". Alina Romanovski Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün əsasıdır"
mövzusunda keçirilən
beynəlxalq konfransı
yüksək qiymətləndirib:
"Dünən (srağagün
- red.) keçirilən
konfrans mədəniyyətlər
arasında dialoq qurulmasının zəruriliyini
ortaya qoyur və bu gün
müxtəlif ölkələrin
mədəniyyət nazirlərinin
bir araya gələrək fikir mübadiləsi aparması
imkanı var. Bu dialoq çox mühüm və
aktualdır". Alina
Romanovski bildirib ki, Bakıda açılması nəzərdə
tutulan açıq səma altında etnoqrafik-etnoloji muzey üçün ayrılacaq
yerə baş çəkmək və bu muzeyin tikilməsində
əməkdaşlıq perspektivlərini
araşdırmaq niyyətindədir
525-ci qəzet.- 2008.-
4 dekabr.- S. 1.