Mükərrəmoğlu
M.
Vaqif Mustafazadənin xatirəsi yad edildi
O, qeyri-adi istedada malik sənətkar idi. Öz yaradıcılığında Şərqlə-Qərbin intonasiyalarını
böyük ustalıqla
birləşdirə bilmişdi.
Vaqif Mustafazadə Azərbaycanda
caz musiqisinin əsasını qoydu, onu inkişaf etdirdi. Muğamla cazın sintezini
yaratdı. Bu böyük sənətkarın
muzeyinə toplaşanlar
da onun haqqında
xoş sözlər dedilər, əsərlərindən
danışdılar, xatirələrini
dilə gətirdilər.
Muzeyin direktoru, Vaqif Mustafayev adına Xeyriyyə
Fondunun direktoru Afaq Əliyeva Vaqifin həyat və yaradıcılıq
yolundan danışdı.
O bildirdi ki, dekabrın 16-sı Vaqif Mustafazadənin anım günüdür.
Artıq neçə vaxtdır ki, ilin bu
günü Azərbaycanın
tanınmış musiqiçiləri
— bəstəkarlar, müğənnilər,
Vaqif sənətinin pərəstişkarları bu
evə toplaşıb
onun xatirəsini yad edirlər. Vaqifin tərcümeyi-halından
söhbət açan
Afaq xanım bildirdi ki, o, 1940-cı ildə Bakıda doğulmuş, Bakı Dövlət Musiqi Məktəbini bitirmişdir.
Bir müddət Tiflisdə yaşamış, burada bir neçə caz festivalının iştirakçısı olmuşdur.
Sonralar Bakıya qayıdan Vaqif Mustafazadə burada caz sənətinin
inkişafında mühüm xidmətlər göstərmişdir.
“Sevil” vokal
instrumental ansamblını yaradaraq,
ona rəhbərlik etmişdir.
Vaqif Mustafazadənin əsas devizi Caz-Muğam birliyi idi. Ümumiyyətlə, Vaqif Caz-Muğam sintezinin memarıdır.
Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın Caz-Muğam
tərzində oxuyan
ilk qadınıdır.
Vaqifin sənətini bu gün onun qızı
Əzizə Mustafazadə
uğurla davam etdirir. Əzizə xanım dünyanın
məşhur caz muğənniləri arasında
layiqli yer tutur. O, dünyanın
bir sıra ölkələrində keçirilən
caz müsabiqələrinin
qalibidir.
Afaq xanım çıxışının
sonunda yenə o dəhşətli 16 dekabrı
xatırladı. 1979-cu il
dekabrın 16-da Daşkənd
şəhərində konsert
verərkən Vaqifin ürəyi əbədi olaraq dayandı. Azərbaycan xalqı bu böyük
sənətkarın xatirəsini
həmişə əziz
tutur.
Tədbirdə çıxış
edənlər Vaqif Mustafazadənin ölməz
sənəti barədə
danışdılar, onun
əsərləri ifa
olundu.,
Xalq qəzeti.- 2008.- 17 dekabr.- S. 7.