Araz Teatr Studiyası İsveçdə tamaşalar göstərəcək

 

"Araz" Teatr Studiyası dekabrın 12-dən 26-dək Höteborq Azərbaycan Evinin üzvü Həsən Təmzibinin təşəbbüsü ilə İsveçə qastrol səfərinə gedəcək. Səfər zamanı İsveçin 3 şəhərində tamaşalar oynanılacaq. Bu tamaşalar dekabrın 13- Stokholmda, 19-da Linkopinqdə ayın 25- Höteborqda göstəriləcək. Tamaşaların təşkilati məsələlərini Stokholmda Səttar Sevikin, Linkopinqdə Aslan Arablui, Höteborkda Həsən Təmzibi həyata keçirəcək.

Qeyd ki, "Araz" Teatr Studiyasının tərkibində "Çal-çağır" verilişindən geniş tanınan əməkdar artistlər Dilarə Əliyeva və Tünzalə Əliyeva da İsveçə qastrol səfərinə gedəcəklər. Eyni zamanda bu kollektivin tərkibində Dövlət Gənclər Teatrının aktyorları Ədalət Əbdülsəmədov əməkdar artist Ayşad Məmmədov, eləcə "Araz" Teatr Studiyasının təsisçisi direktoru Qurban İsmayılov da İsveçə yollanacaq

 

525-ci qəzet.- 2008.- 11 dekabr.- S. 7.