Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət
nazirlərinin konfransında
Bakı Bəyannaməsi
qəbul olunub
Azərbaycan paytaxtında keçirilən
Avropa Şurasına üzv dövlətlərin
mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır"
konfransında Bakı
Bəyannaməsi qəbul
edilib. APA-nın
məlumatına görə,
sənəddə iştirakçı
ölkələrin mədəniyyət
məsələlərinə məsul şəxsləri
mədəniyyətlərin müxtəlifliyinə yanaşmaya
dair vahid prinsipləri təsdiqləyiblər.
Bu prinsiplər sırasında
ölkələr daxilində
və ölkələr
arasında mədəniyyət
müxtəlifliyinin bəşəriyyətin
ümumi irsi kimi təsdiqlənməsi,
iştirakçı ölkələrin
mədəni yaradıcılığa
zəmin yaradan dayanıqlı iqtisadi, sosial və şəxsi inkişafa töhfə verməyə razı olması, insan
haqları, demokratiya və hüquqi normalar baxımından beynəlxalq əməkdaşlıq
üçün vacib
olan mədəniyyətlərarası
dialoqun daim inkişaf etdirilməsinin dəstəklənməsi, milli,
regional və yerli səviyyədə mədəniyyət siyasətlərinin
rolunun əhəmiyyətinin
və onların mədəniyyətlərarası
dialoqun inkişafına
köməyinin təsdiqlənməsi
və digər məsələlər var.
Bakı Bəyannaməsini imzalayan
ölkələr mədəniyyət
nazirlərinin konfransının
Avropa və ona qonşu olan dövlətlər arasında mədəniyyət
sahəsində əməkdaşlığı
inkişaf etdirmək üçün çox gözəl imkanlar təklif etdiyini nəzərə alaraq açıq dialoq və fikir mübadiləsinə şərait
yaratdığına, qonaqpərvərliyə
və gözəl təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkür
ediblər. Sənədə
əlavə olaraq mədəniyyətlərarası dialoqun inkişafı üçün fəaliyyət
formaları da qəbul edilib. Bu fəaliyyət formalarına Avropa Şurasına üzv olan dövlətlərdən
savayı digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlərarası
dialoqa üzrə gələcək fəaliyyət
vasitəsi kimi "Mədəniyyətlərarası
Dialoqa dair Ağ Kitab" müqabilində müvafiq
mətnlərin yayılması,
Avropa Şurası və konfransda iştirak edən müxtəlif maraqlı tərəflər arasında,
Bakıda qəbul edilən fikir prosesini davam etdirmək məqsədilə
birgə ekspert iclasları təşkil etmək, dialoqa, sülhə və davamlı inkişafa kömək etmək üçün birgə mədəniyyət
və bədii layihələr haqqında
təşəbbüslər qəbul etmək və həyata keçirmək daxildir. Mədəniyyətin müxtəlif sahələrində
yaradıcılığın müdafiəsi və inkişafına dair UNESKO konvensiyasının irs və mənzərələrə
dair Avropa Şurasının konvensiyalarının
həyata keçirilməsinə,
ratifikasiyasına və
imzalanmasına təşviq
etmək, mədəniyyətlərarası dialoqa dair müvafiq siyasətlərə qarşılıqlı
kömək məqsədilə
Avropa Şurası və Avropa İttifaqı arasında əməkdaşlığın möhkəmləndirilməsi da
bu sıradadır. Həmçinin Avropa Şurası
və Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
(ATƏT) İttifaqı arasında
əməkdaşlığın gücləndirilməsi, Ümumi
İnsan hüquqlarına
dair öhdəliklərə
əsaslanan tolerantlıq
və açıqlıq
ruhunu daha da gücləndirməyə
yönəlmiş Sivilizasiyaların
Alyansı BMT Forumunu dəstəkləmək
də həmin formalardandır. Avropa Şurası və
UNESCO (Faro,2005), ALİESKO (Təhsil, Mədəniyyət və
Elm Ərəb Liqası Təşkilatı,
Mədəniyyətlərarası dialoq üçün Anna Lind Avropa-Aralıq dənizi Fondu və "Sivilizasiyaların Alyansı"
təşəbbüsü arasında mədəniyyətlərarası
dialoq üçün
institutlar arasında əməkdaşlığın "Faro Açıq Platformas"ının genişlənməsi
perspektivinə dair imkanları alqışlamaq,
İslam Ölkələri
Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (İSESCO) ilə konkret fəaliyyətləri həyata
keçirməklə Avropa
Şurasının standart
və dəyərləri
əsasında mədəniyyətlərarası
dialoqun dəstəklənməsi üzrə gələcək planları
nəzərə almaq
da məqsəd kimi qarşıya qoyulub.
525-ci qəzet.- 2008.- 4 dekabr.- S. 3.