Mənim sevimli dəlim tələbələrin ifasında göstərilmişdir

 

Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin səhnəsində xalq yazıçısı ElçininMənim sevimli dəlimtamaşası bu ali məktəb tələbələrinin ifasında göstərilmişdir.

Universitetın rektoru, Milli Məclisin deputatı Səməd Seyidov qonaqları salamlamış, müxtəlif teatrlarda səhnə həyatı yaşamış bu gün tələbələrin ifasında təqdim olunan tamaşanın əhəmiyyətindən danışmışdır.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, tamaşanın rejissoru Fəridə Səfiyeva rəhbərlik etdiyi kafedranın fəaliyyətindən, xalq yazıçısı Elçinin yaradıcılığından söz açmışdır. Sovet İttifaqının dağıldığı dövrdə insanların çaşqınlığına, cəmiyyətdəki anlaşılmazlıqlara həsr olunmuş ikihissəli tragikomediyada hadisələr 1991-ci ildə respublikamızda yaranmış ictimai-siyasi vəziyyətin müxtəlif cəhətlərini dolğun göstərir. Maraqla qarşılanan tamaşadakı obrazları Könül Abbasova, Nigar Əliyeva, Pərviz Hətəmov, Ağa Əliyev başqaları yaratmışlar.
Əsərin müəllifi, Baş nazirin müavini Elçin Əfəndiyev tamaşada olmuşdur.

 

Xalq qəzeti.- 2008.- 26 dekabr.- S. 6.