Gerçəkliyimizin
“kaktus çiçəyi”
"ProCent"
prodüser mərkəzinin
E.Berrouzun əsəri
əsasında hazırladığı
"Kaktus çiçəyi"
antrepriz tamaşasının
məşqlərində həm
gənc, həm də təcrübəli aktyorlar məşğuldurlar.
Ötən mövsümdə
"ProCent" Azərpaşa
Nemətovun quruluşunda
Şekspirin "Afinalı
Timon" faciəsinin
hazırlanmasında iştirak
etmişdi. Bu dəfə isə prodüser mərkəzi növbəti antrepriz tamaşasını müstəqil
şəkildə ərsəyə
gətirmək niyyətindədir.
Quruluşçu rejissorun
adı isə hələlik açıqlanmır.
Gənc aktyorlardan biri - S.Vurğun adına Rus Dram Teatrının aktyoru Teymur Əsgərov tamaşa üzərindəki iş
və əsər barədəki təəssüratlarını
belə bölüşüb:
"Mən layihəyə
lap son anda
cəlb olundum və gənc aktyor rolunu məşq
etməyə başladım.
Pyes ötən əsrin 60-cı illərində yazılsa da, məhz indi
Azərbaycan gerçəkliyi
üçün çox
aktualdır. Mənim qəhrəmanım böyük
nüfuzu və çoxlu pulu olan bir şəxsin
oğludur. Atası onun təminatını öz üzərinə götürmək istəsə
də, bu gənc oğlan, İqor Sallivan öz yolunu seçərək yazıçı
olmaq qərarına gəlir. Təəssüf
ki, real həyatda belə müstəqil düşüncəli
gənclərə çox
nadir hallarda rast gəlirik. Çox şadam ki, bu teatr
layihəsinə cəlb
olunmuşam. Axı bu tamaşada Fuad Poladov, Lyudmila
Duxovnaya, Rafiq Əliyev kimi ustad sənətkarlarla tərəfmüqabili olacağam.
Belə insanlardan həmişə nəsə
öyrənmək olar".
T.Əsgərovun
atası Əsgər Rəhimov və anası Aleksandra
Nikuşina da Rus Dram Teatrının aktyorlarıdır. Teatrda çalışdığı
səkkiz mövsüm
ərzində T.Əsgərov
"Çto uqodno?",
"Çayka", "Kral
Lir" kimi səhnə əsərlərində
çıxış edir.
Gənc və qayğısız Antuanetta
Simons obrazını da Rus Dram
Teatrının aktrisası
Bella Safina canlandırır. Onun qəhrəmanı həyat
situasiyalarını mütaliə
etdiyi əhvalatlarla uzlaşdırmağa çalışan
insanlardandır. B.Safina
artıq 13 ildir Rus Dram Teatrında
çalışır. Onun
repertuarını "Zoluşka",
"Belosnejka", "Napoleon",
"Çayka", "Strannaya
missis Sevidj" və digər maraqlı tamaşalardakı
rollar təşkil edir.
Epizodik
Vesna Bottiçelli obrazını teatrın aktrisası Natalya
Puşkina ifa edir. O, Rus Dram Teatrının səhnəsində "Kral
Lir", "Fərhad
və Şirin",
"Moyu jenu zovut Morris" və digər tamaşalarda müxtəlif
xarakterli rollar ifa edir.
Komediya
janrında qələmə alınmış "Kaktus
çiçəyi" pyesinin tamaşası vaxtilə
Brodveydə böyük uğurla nümayişlənib. Hətta 1960-cı illərdə Qoldi Houp və İnqrid
Berqmanın iştirakı
ilə Hollivudda eyniadlı ekran əsəri də çəkilmişdi.
Həftə içi.- 2008.- 18 dekabr.- S. 8.