Fidan Hacıyevanın solo konserti maraqla qarşılanmışdır

 

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında respublikanın əməkdar artisti Fidan Hacıyevanın "Musiqi çələngi" adlı solo konserti olmuşdur. Mahir ifaçı teatrın simfonik orkestrinin müşayiəti ilə klassik musiqi həvəskarları üçün dünyanın məşhur operalarından və tenor Fərid Əliyevlə birgə "Karmen" operasından parçalar səsləndirmisdir.

Sonra Fidan Hacıyeva və cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı cazla-klassik musiqinin sintezi əsasında hazırlanmış yeni layihəni təqdim etmişlər.

 

                   Respublika.- 2008.- 11 dekabr.- S. 12.