Qafqaz” “Xurşidbanu Natəvan”-ı təqdim edəcək

 

Qafqaz Universitetində fəaliyyət göstərən teatr dərnəyinin üzvləri dekabrın 24- Opera Balet Teatrında xalq yazıçısı İlyas ƏfəndiyevinXurşidbanu Natəvanəsəri əsasında hazırladıqları eyniadlı tamaşanı nümayiş etdirəcəklər. Tamaşada baş rolları Könül Hacıyeva (Xurşidbanu Natəvan), Fuad Cəfərov (Knyaz Xasay) ifa edəcəklər. Gələn ilin fevralında isəQafqazın tələbələri ingilis dilində hazırladıqları tamaşa ilə sənətsevərlərin qarşısına çıxacaqlar. Qeyd edək ki, iki il öncə bu ali məktəbin teatr dərnəyinin üzvləri Milli Dram Teatrının səhnəsindəKral Liri ingilis dilində nümayiş etdiriblər.

 

Zaman.- 2008.- 25-26 dekabr.- S. 8.