Azərbaycan ilə Çexiya arasında mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

Dekabrın 3-də Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının üzvü olän dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya mədəniyyət nazirinin müavini Frantişek Mikeş ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanmış, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransının əhəmiyyəti qeyd edilmişdir.

Tərəflər ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı səfər və təcrübə mübadiləsinə, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.

 

Respublika.- 2008.- 4 dekabr.- S. 2.