Azərbaycan ucsuz-bucaqsız Avropa dünyası ilə Şərq arasında körpüdür

 

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir: "Azərbaycan həmişə ucsuz-bucaqsız Avropa dünyası ilə Şərq arasında körpü olmuşdur.

Azərbaycanda mədəniyyətlərin birgə yaşayışı sadəcə nəzəriyyə deyil, reallıqdır". Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən beynəlxalq konfransında iştirak edən M.Şvıdkoy vurğulamışdır ki, Azərbaycanda müxtəlif mədəniyyətlərin və konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar.

M.Şvıdkoy qeyd etmişdir ki, Rusiyada məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr edilmiş konsert təşkil ediləcəkdir. Bu, Rusiya və Azərbaycan xalqlarını daha da yaxınlaşdıran tədbirlərdən biri olacaqdır.

 

Respublika.- 2008.- 4 dekabr.- S. 1.