Azərbaycan və Rusiya
mədəni əməkdaşlıq
haqqında müqavilə
imzalamışlar
Avropa İttifaqının üzvü
olan ölkələrin
mədəniyyət nazirlərinin
konfransı çərçivəsində
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi ilə Rusiyanın Mədəniyyət
Nazirliyi arasında
2009-2011-ci illər üçün
mədəni əməkdaşlıq
haqqında müqavilə
imzalanmışdır. Müqaviləni nazirlər
Əbülfəs Qarayev
və Aleksandr Avdeyev imzalamışlar.
Müqavilədə
hər iki ölkənin muzeyləri arasında
əməkdaşlıq, mədəniyyət günlərinin
keçirilməsi, eləcə də mədəniyyət
xadimlərinin qarşılıqlı səfərləri
nəzərdə tutulur.
Azərbaycanın
mədəniyyət və turizm naziri Ə.Qarayev demişdir:
“Bu müqavilə iki ölkə arasında
əməkdaşlığın yeni mərhələsinin
başlanğıcı olacaqdır”. Nazir
qeyd etmişdir ki, iki dövlət
arasında mədəni
əlaqələrin qədim
tarixi kökləri vardır. Qarşılıqlı
mədəniyyət günlərinin
keçirilməsi Azərbaycan
ilə Rusiya arasında sıx əlaqələri nümayiş
etdirir.
A.Avdeyev qeyd etmişdir ki, imzalanmış sənəd
ölkələrimiz arasında
əməkdaşlığın miqyasına uyğundur. O vurğulamışdır ki,
bu müqavilə Bakıda keçirilən
konfransın mövzusunu,
yəni mədəniyyətlərarası
dialoqu əks etdirir.
Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 4.