Azərbaycanda müxtəlif mədəniyyətlər birləşir

 

Çox yaxşı təşkil edilən bu tədbirin Bakıda keçirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycanda müxtəlif mədəniyyətlər birləşir. Bu baxımdan Azərbaycan mədəniyyətlərarası dialoq da vacib rol oynayır.

AzərTAc xəbər verir ki, bu fikri Bakıda keçirilən Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransda Almaniyanı təmsil etmiş Vernen Vnendt demişdir.

Almaniya təmsilçisi əlavə etmişdir ki, Azərbaycanın özünün yüksək mədəniyyəti vardır. Biz Almaniyada keçirilən Azərbaycan mədəniyyət günlərində bunun şahidi olduq. Bu tədbir böyük rəğbət qazandı. Biz gələn il Azərbaycanda Almaniya mədəniyyət günlərini təşkil etməyi düşünürük.

 

Azərbaycan.- 2008.- 4 dekabr.- S. 5.