Bakı Bəyannaməsi
mühüm sənəddir
Avropa
Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır" mövzusunda
konfransında qəbul edilmiş Bakı Bəyannaməsinin
mühüm sənəd kimi rolu böyükdür.
AzərTAc xəbər
verir ki, bu sözləri konfransda iştirak etmiş Fransa
Mədəniyyət Nazirliyinin nümayəndəsi Vinsent
Lorenzeni söyləmişdir.
Vinsent Lorenzeni
demişdir ki, Fransa bu konfransda geniş nümayəndə
heyəti ilə təmsil olunmuşdur. Biz
burada qəbul edilən Bakı Bəyannaməsini dəstəkləyirik.
Ümid edirik ki, bu sənəd
gələcək əməkdaşlığımızda
mühüm rol oynayacaqdır.
Azərbaycan.- 2008.- 4 dekabr.- S. 5.