Əbülfəs Qarayev Norveç Mədəniyyət nazirinin müavini ilə görüşüb

 

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda olan Norveçin Mədəniyyət nazirinin müavini Hedvart İncerbrekstonla görüşüb. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini və çox müsbət təəssüratla ayrılacağını deyib: "Çox güman ki, iki ölkə arasmda mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanacaq. Ancaq onu qeyd etməliyəm ki, artıq Azərbaycanla Norveç mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq edirlər və hər iki ölkə bir-birinin təcrübəsindən yararlanır". Ə.Qarayev isə Norveçlə əməkdaşlığı yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın davamı üçün lazımi işlərin görüləcəyini diqqətə çatdırıb.

 

Mərkəz.- 2008.- 4 dekabr.- S.11.