Əbülfəs Qarayev və Terri Devis mətbuat konfransı kecirdilər

 

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Baş katibi Terri Devis Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransının işə başlaması ilə əlaqədar mətbuat konfransı keçirdilər. Ə.Qarayev uzun fasilədən sonra Avropa Şurası mədəniyyət nazirlərinin konfransının Bakıda baş tutmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı. Tədbirə müsəlman ölkələrinin də qatılmasını yeni bir hal adlandıran Ə.Qarayev konfrans zamanı müzakirə ediləcək məsələlər, qəbul olunacaq sənədlər, müraciətlər və bəyanatların növbəti illərdə Avropa məkanında geniş mübadiləyə əsas verəcəyini bildirdi.

Avropa Şurasının Baş katibi Terri Devis isə tədbirin hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı. O, belə bir mühüm tədbirin Azərbaycan üçün Avropa qonşuları ilə münasibətdə gözəl imkan yaratdığını vurğuladı. T.Devis Azərbaycanın bu əhəmiyyətli işi öhdəsinə götürməsinin çox şərəfli və vacib təşəbbüs olduğunu qeyd etdi.

 

Mövqe.- 2008.- 4-5 dekabr.- S. 11.