Əli O.
İlham Əliyev:
Bölgədə sülh tam şəkildə
bərqərar olunmalıdır
Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət nazirlərinin
Bakı konfransı nəinki Azərbaycanın, həm də
Qərbin və Şərqin mədəni həyatında
mühüm hadisədir.
Ermənistanın qeyri-konstruktiv
mövqeyi 20 ildir ki, ən ağrılı problemimiz olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllini yubadır. Tənzimlənmə prosesində
daim sülh tərəfdarı kimi çıxış edən
Azərbaycan məsələnin
beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
həllinin tərəfdarıdır.
Beynəlxalq birlik Azərbaycanın mövqeyini
dəstəkləyir.
Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, münaqişənin həllini tapmaması Cənubi
Qafqaz bölgəsində sabitliyə böyük
təhlükə törədir. Bu münaqişə həll
edilmədikcə qlobal
layihələrin reallaşmasında
mühüm rol oynayan Cənubi Qafqaz bölgəsində gərginlik də azalmır. Münaqişənin
həllinə mane olan yeganə səbəb isə Ermənistan tərəfinin
qeyri-konstruktiv mövqedən
əl çəkməməsidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan münaqişənin ədalətli
və hüquq çərçivəsində həllinin tərəfdarıdır:
“Biz uzun illər ərzində çalışırıq ki,
məsələ öz
həllini sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq əsasında tapsın. Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
4 qətnaməsi Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanın torpaqlarından
çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna məhəl qoymur.”
Azərbaycanın işğal
olunmuş ərazilərində evlərin, qəbirlərin,
mədəniyyət abidələrinin
dağıdılması avadanlığın, inşaat
materiallarının, xüsusilə dəmir məmulatların
və s. yüklərin digər ölkələrə
daşınması Azərbaycana qarşı qeyri-qanuni
hərəkətlərdir. Müvafiq məlumatlar, tərkibində
müxtəlif qiymətli
metallar, o cümlədən qızıl
olan torpağın, zavod və fabriklərdə
istismar olunmuş dəzgahların, elektrik qatarlarının, vaqonların
və relslərinin kəsilərək digər
ölkələrə daşınması
faktlarını ehtiva
edir. İşğal altında olan ərazilərdən qarət
edilmiş milli sərvətlərimizin - qədim
tarixi əsərlərin,
xalçaların, mineralların
Avropa ölkələrində
erməni milli sərvəti adı altında nümayiş etdirilməsi barədə
məlumatlar mövcuddur.
Ermənilər Kəlbəcərdə
yerləşən mineral
yataqların və
3600-ə qədər
qaya təsvirinin fotoşəkillərini 2000-ci ildə
Finlandiyada öz əraziləri kimi nümayiş etdirmişlər.
Son zamanlar ermənilərin
qədim Azərbaycan musiqi alətlərini öz adlarına
çıxaraq Avropa, MDB və Şimali Amerika
ölkələrində satılması halları
çoxalmış, Qarabağ xalçalarının erməni
xalçaları adı altında müxtəlif
sərgilərə və hərraca çıxarılması
faktları qeydə alınmışdır. Son illər ərzində Azərbaycanın işğal
edilmiş ərazilərində
külli miqdarda çıxarılmış tarixi,
mədəni və dini abidələr xarici ölkələrə
satılmışdır. İşğal
olunmuş ərazilərdəki
muzeylərdə mövcud
olan unikal eksponatlar ya məhv edilmiş, yaxud həmin eksponatların əsasında
onların guya ermənilərə məxsusluğunu
göstərən yeni
muzeylər yaradılmışdır.
Bu mənada, ermənilərin qədim Qafqaz Albaniyası abidələrini özününküləşdirməsi
məsələsinə xüsusi
önəm verdiyi bildirilməlidir. Onların
üzərində mövcud
olan qədim alban yazıları, divar naxışları və xaçlar məhv edilib erməni rəmzləri ilə əvəzlənir.
Məscidlər anbarlar
kimi istifadə olunur.
Xalqımıza məxsus maddi
sərvətlərin daha geniş miqyaslarda talan edilməsi
məqsədilə Azərbaycanın işğal olunmuş
ərazilərində qanunsuz iqtisadi fəaliyyətə xarici
ölkələrin bir sıra firma və
şirkətlərini də cəlb etmişdir. BMT-nin
Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində
Azərbaycanın ərazi bütövlüyünün
tanınmasına və işğal olunmuş Azərbaycan
ərazilərinin qeyd-şərtsiz azad edilməsi
tələblərinə baxmayaraq, Ermənistan
işğalçılıq siyasətini davam
etdirməkdədir.
İşğalçılıq
siyasəti nəticəsində ölkəmizin
milli-mədəni abidələri talan olunmuş,
dağıdılmışdır. Bunlar
isə beynəlxalq hüquq normalarına ziddir. Son illərdə Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizdə
mədəniyyət və
turizm sahələrinin
inkişafı, dünya
miqyasında təbliği
üçün 100-dən
çox Fərman və Sərəncam imzalamışdır. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq
saziş və konvensiya imzalanmışdır.
Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva mədəni irsimizin qorunması və dünya təbliği sahəsində məqsədyönlü
fəaliyyət göstərir.
Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin,
habelə onun tərkib hissəsi olan islam mədəniyyətinin
böyük daşıyıcılarından
biri olduğuna görə, Bakı şəhəri 2009-cu il üçün “İslam
mədəniyyətinin paytaxtı”
elan edilmişdir.
Bu baxımdan Avropa
Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin Bakı konfransı,
nəinki Azərbaycanın və Qərbin, eyni zamanda,
Şərqin mədəni həyatında mühüm
hadisədir. Bakıda, “Gülüstan” sarayında Avropa Şurasının üzvü
olan dövlətlərin
mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda ikigünlük
konfransı keçirildi.
Konfransda Avropa Şurasının
üzvü olan, habelə müşahidəçi
ölkələrin, Avropa Mədəniyyət
Konvensiyasını imzalamış dövlətlərin,
Avropanın qonşu regionlarını təmsil edən 10
ölkənin, habelə Avropa Komissiyasının və
YUNESKO-nun, İslam Ölkələri Elm, Təhsil və
Mədəniyyət Təşkilatının (İSESKO),
Ərəb Dövlətləri Liqası ölkələrinin
Elm, Mədəniyyət və Təhsil
Təşkilatının (ALEKSO) yüksək rütbəli
rəsmiləri, müxtəlif fondların və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
ümumilikdə, 250-dən çox nümayəndə, o
cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq
təşkilatın başçısı iştirak
edirdilər.
Konfransda Prezident İlham Əliyev
çıxışı zamanı bir sıra mühüm
məsələlərə toxundu. Prezident
qeyd etdi ki, Qafqaz regionunda
bütün münaqişələrin
öz həllini tapması, sülhün bərqərar olması bölgədə əməkdaşlıq
üçün imkanlar
aça bilər. Bu, hər bir
ölkə üçün
çox önəmlidir.
Xüsusilə Cənubi
Qafqazda baş verən hadisələr bir daha onu
göstərir ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin
olunmalıdır. Beynəlxalq
hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox
ciddi və təhlükəli proseslər
baş verir.
“Bizim bölgədə ən
böyük təhlükə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır.
Ermənistanın Azərbaycana
qarşı apardığı
etnik təmizləmə
siyasəti nəticəsində,
təcavüzkar separatizm
nəticəsində torpaqlarımızın
20 faizi işğal altına düşübdür.
Bu işğaldan əziyyət çəkən
1 milyon azərbaycanlı
öz doğma torpaqlarından didərgin
salınıbdır. Azərbaycanın ərazi bütövlüyü
pozulubdur” - deyən Prezident İlham Əliyev ən önəmli məsələyə
toxunaraq qeyd etdi ki, işğal
və hərbi təcavüz, eyni zamanda, bizim mədəni irsimizə də çox böyük ziyan vurubdur. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır.
2005-ci ildə ATƏT-in
faktaraşdırıcı missiyası Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş
bölgələrində monitorinq keçirmişdir, məruzə
hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir
ki, orada hər şey dağıdılıb, bir
dənə salamat bina qalmamışdır. Bütün binalar, tarixi abidələr, mədəniyyət ocaqları
Ermənistan tərəfindən
dağıdılıbdır.
Lakin ölkəmizdə yaşayan
bütün xalqların mədəni və tarixi irsinə
çox böyük hörmətlə yanaşılır. Lakin erməni vandalizmi nəticəsində
ölkəmizin mədəni
irsinə ciddi ziyanlar dəyib.
Bütün bunları konfrans
iştirakçılarının diqqətinə
çatdıran dövlət başçısı İlham
Əliyev beynəlxalq təşkilatları və dövlətləri
ağrılı problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ədalətli mövqe tutmağa çağırdı.
İki sahil.- 2008.- 5 dekabr.- S. 2.