Hacıalıyev E.
Azərbaycan-Avropa Şurası
əməkdaşlığı bütün
sahələrdə uğurla inkişaf edir
Azərbaycanın
üzv olduğu beynəlxalq təşkilatlarla milli
maraqlarımıza uyğun əməkdaşılığı
uğurla inkişaf edir. Avropa strukturlarında təmsilçilik,
ölkəmizin gələcəyinin
sivil bir Avropa ölkəsi kimi qurulması baxımından mühüm
əhəmiyyət daşıyır.
Müstəqillik qazandıqdan sonra
Azərbaycanın əməkdaşlığa
böyük maraq göstərdiyi nüfuzlu
təşkilatlardan biri
də məhz Avropa Şurasıdır. Ölkəmizin bu mötəbər qurumla
1996-cı ildə əsası qoyulmuş diplomatik münasibətləri
son illər yüksələn xətlə
inkişaf etmişdir.
Azərbaycanın haqq
səsinin dünya ictimaiyyətinə düzgün
şəkildə çatdırılmasında
bu qurumun mühüm rolu olmuşdur.
Ölkəmizin
qanunverici orqanı ilə Avropa Şurası (AB) arasında
əməkdaşlığın möhkəmlənməsi
və inkişafında Milli Məclisin AŞ PA-dakı
nümayəndə heyətinin fəaliyyəti yüksək
olmuşdur. 2001-2003-cü illər ərzində, yəni cənab İlham Əliyevin nümayəndə
heyətinə rəhbərlik
etdiyi dövrdə və eləcə də sonra nümayəndə
heyətimiz Parlament Assambleyasının ən
fəal üzvləri
olmuşdur. Nümayəndə
heyəti Parlament Assambleyasında iştirakının
ilk günlərindən
Azərbaycanın milli
maraqlarını müdafiə
edərək quruma üzv olan dövlətlərin
parlamentariləri ilə
səmərəli əməkdaşlıq
etmişdi.
Azərbaycan-Avropa
Şurası əməkdaşlığı son illər daha
intensiv xarakter almışdır. Azərbaycan
nümayəndə heyəti
qurumun müxtəlif strukturlarında keçirilən
tədbirlərə qatılaraq
müzakirə edilən
məsələlərlə bağlı ölkəmizin
mövqeyini çatdırırlar.
Eləcə də qurumun təmsilçiləri
ölkəmizdə səfərdə
olaraq rəsmi görüşlər keçirir,
əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadliləsi aparırlar.
Azərbaycanda gedən
proseslər Avropa Şurası tərəfindən
diqqətlə izlənilir
və adekvat münasibət bildirilir.
Avropa Şurası
Parlament Assambleyasının Büro və Daimi Komitə
iclaslarında Azərbaycanda keçirilən prezident
seçkilərinin müzakirəsi bunları bir daha təsdiq
edir. AŞ PA-nın seçkini müşahidə
missiyasının rəhbərinin
məruzəsi ətrafında
çıxış edən
ölkələrin nümayəndələri
Azərbaycanda keçirilən
prezident seçkilərinin
demokratik prinsiplərə
və Avropa Şurasının standartlarına
cavab verdiyini birmənalı şəkildə
ifadə etmişlər.
Azərbaycanda son illər iqtisadi, siyasi, hüquqi sahələrədə aparılan
islahatlar təqdir olunaraq bu istiqamətdə
işlərin davam etdirilməsinin zəruriliyi
vurğulanmışdır.
Bakıda Avropa
Şurasına üzv dövlətlərin
mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır" mövzusunda bu
günlərdə keçirilən konfransı da böyük
əhəmiyyət kəsb edir. Belə
bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi
təsadüfi deyil. Prezident İlham Əliyev son illər ərzində ölkəmizdə
mədəniyyət və
turizm sahələrinin
inkişafı, dünya
miqyasında təbliği
üçün 100-dən
artıq fərman və sərəncamlar imzalamışdır. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq
saziş və konvensiya təsdiq edilmişdir. Heydər
Əliyev Fondunun mədəni irsimizin qorunması və təbliği sahəsində
məqsədyönlü fəaliyyəti
də diqqətçəkəndir.
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin,
habelə onun tərkib hissəsi olan islam mədəniyyətinin
böyük daşıyıcılarından
biri olduğuna görə Bakı şəhəri 2009-cu il üçün "İslam
mədəniyyətinin paytaxtı"
elan olunmuşdur. Şübhəsiz ki, Bakı konfransı da nəinki Azərbaycanın və Qərbin, eyni zamanda Şərqin mədəni həyatında
çox mühüm hadisədir.
Bakıda
keçirilən "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
konfransında 48 dövlətin və 10 beynəlxalq
təşkilatın başçısının
iştirakı tədbirin mühüm əhəmiyyət
daşıdığını göstərdi. Avropa Şurasına üzv dövlətlərin
mədəniyyət nazirləri
dövlətlər arasında
mədəni inteqrasiyanın,
dialoqun praktik inkişafını, real və səmərəli fəaliyyət mexanizmlərini
müəyyənləşdirdilər. Avropa və müsəlman ölkələrinin
tarixində mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə
yeni əməkdaşlıq
prosesinin əsası qoyuldu. Tədbirdə müxtəlif qitələrin
və dinlərin nümayəndələri təmsil
olunaraq mədəni əməkdaşlıq münasibətlərinin
formalaşmasında konkret
addım atdılar. Avropa Şurası və Azərbaycan hökumətinin
birgə təşkilatçılığı
ilə keçirilən
konfransda Avropa və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün təmin
edilməsində mədəniyyətlərarası
münasibətlərin perspektiv
imkanları da müzakirə edilmişdir.
Bakı konfransı
mədəniyyətlərarası dialoqun təşviq
olunmasında yeni bir mərhələnin
başlanğıcını qoydu. Tədbirdə
iştirak edən Prezident İlham Əliyev Azərbaycanın
mədəniyyətlərarası dialoqun genişləndirilməsinə
böyük töhfə
verdiyini bildirmişdi:
"Biz bu
gün müxtəlif
ölkələrdən olan
mədəniyyət nazirlərinin
konfransını keçirməklə
bir daha onu göstəririk ki, son illər
ərzində Azərbaycan
dini tolerantlıq, milli və etnik
tolerantlıq məsələlərində
çox böyük uğurlara nail olmuşdur. Əslində bizim ölkəmizdə
bütün insanlar müxtəlif dövrlərdə,
ictimai-siyasi quruluşundan
asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada
bütün dinlərin
nümayəndələri həmişə
dostluq, qardaşlıq
şəraitində yaşamışlar.
Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə
xas olan çox mühüm amildir.
Azərbaycan öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra,
əlbəttə, millətlərarası
münasibətlərə, milli və dini tolerantlığın
möhkəmlənməsi işinə çox böyük
diqqət verilmişdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, dostluq, qardaşlıq məkanıdır.
Burada bütün xalqlar, dinlərin nümayəndələri bir
ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə
etdiyi təcrübə
çox önəmlidir".
Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
"Mədəniyyətlərarası dialoq və onun
qonşu regionlarında davamlı inkişafın və sülhün
əsasıdır" mövzusunda keçirilən
tədbirin yekununda iştirakçı tərəflər
Bakı Bəyannaməsini imzaladılar. Bəyannamənin
ən mühüm cəhətlərindən biri odur ki,
sənəddə mədəniyyətlərarası dialoqun
genişləndirilməsi üçün əlaqələrin
əhəmiyyəti vurğulanır.
Mədəniyyətlərarası
dialoqun davam etdirilməsi qərara alınıb. Sənəddə mədəni
irsin qorunmasına da xususi diqqət
yönəldilib. Bakı konfransı
Azərbaycanın mədəniyyətlərarası
dialoqun genişləndirilməsində
önəmli rola malik olduğunu bir daha təsdiq
etdi. Ölkəmizin bu sahədə də qabaqcıl dövlətlər sırasında
olması daha böyük perspektivlərə
yol açacaqdır.
Azərbaycan.- 2008.- 7 dekabr.- S. 4.