İordaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq var

 

Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransında iştirak etmiş İordaniyanın mədəniyyət naziri xanım Nensi Bəkir Naquez AzərTAc-a demişdir ki, qədim tarixi və zəngin ənənələri olan Azərbaycanda olmaqdan məmnunam.

İordaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın olduğunu qeyd edən nazir teatr, kino və folklor istiqamətlərində də əlaqələrin inkişafının vacibliyini vurğulamışdır.

 

Azərbaycan.- 2008.- 4 dekabr.- S. 5.