Kərimova V.
Dialoq
bəşəriyyətin ən vacib ehtiyaclarındandır
Bakıda Avropa Şurasının
üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin konfransında əsas məqsəd qonşu
regionlarda davamlı inkişafın təmin edilməsi və
sülhün vacibliyinin təsdiqi idi
İlham Əliyev: “Mən əminəm ki,
ölkəmizin uğurlu inkişafı bundan sonra da davam
etdiriləcək və bu inkişafı
şərtləndirən təkcə siyasi, yaxud da iqtisadi
islahatlar deyildir. Eyni zamanda,
Azərbaycanda hökm
sürən çox gözəl ictimaiÜsiyasi
ab-hava, burada yaşayan bütün millətlərin hüquqlarının
qorunması və hər bir insanın,
hər bir millətin nümayəndəsinin
rahat yaşamasıdır.”
Hazırda “Cülüstan”
sarayında Avropa Şurasının üzvü olan
dövlətlərin mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionda davamlı inkişafı və sülhün
əsasıdır” mövzusunda yüksək səviyyəli,
geniş konfransı keçirilir. Prezident
İlham Əliyevin şəxsi təşşəbbüsü
ilə keçirilən
konfranda Avropa Mədəniyyət Konvensiyasını
imzalamış dövlətlərin,
Avropanın qonşu regionlarını
təmsil edən dövlətlərdən 10 ölkənin,
habelə Avropa Komissiyasının və
YUNESKO Ünun, İslam
ölkələri Elm,
Təhsil və Mədəniyyət Təşkilatı
olan İSESKO, Ərəb
dövlətləri liqası
ölkələrinin Elm,
Mədəniyyət və
Təhsil Təşkilatının
(Alekso)-nun yüksək rütbəli
rəsmiləri, müxtəlif
təşkilatların nümayəndələri
iştirak edir. Konfransa ümumilikdə
250 nümayəndə, 16 nazir
və 18 nazir müavini, bir neçə beynəlxalq təşkilatların başçıları
qatılmışdır.
Dünyaya inteqrasiya edən
ölkəmiz indi beynəlxalq aləmdə mötəbər
yer tutmuşdur. Dövlətimizin son beş ildə
apardığı düzgün
siyasətin təhlili
bu günün reallığına əsaslanır.
Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti ölkəmizin nüfuzunu
artırmışdır. İndi
Azərbaycanla dünyanın
iri və qüdrətli dövlətləri
yaxından əməkdaşlıq
edir. Ölkəmiz son 5 ildə daha da güclənmişdir.
Azərbaycan beynəlxalq
müstəvidə yerini
daha da möhkəmləndirmişdir.
Dövlətimizin siyasəti
həm Azərbaycanın
güclənməsinə, həm
də regional əməkdaşlığın ikişafına böyük
xidmət etmişdir. Təməl prinsiplər əsasında qurulan siyasətimiz müstəqil
siyasət, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq-
uğurlarımızın əsas
şərtlərini təşkil
edir. Son illər ideoloji dayaqlarımız xeyli güclənib. Hazırda ölkəmizdə bütün
xalqlar qardaşlıq
və dostluq şəraitnində yaşayır.
İndi müstəqil
respublikamız dünyada
daha çox müttəfiq ölkələr
qazanmış və strateji tərəfdaşlıq
pilləsinə qalxmışdır.
Dövlətimiz hazırda
tarazlı və davamlı inkişaf siyasətini uğurla
davam etdirir. Azərbaycanın iqtisadi inkişafı digər sahələrə
yol açır və düzgün istiqamətdə inkişafı
təmin edir. Bu isə kompleks
tədbirlərin həllini
sürətləndirir. Prezident İlham
Əliyev ölkəmizdə
mədəniyyət və
turizm sahələrinin
inkişafı, və
dünya missiyasında
təbliğini genişləndirmək
üçün 100-dən
çox Fərman və Sərəncam imzalamışdır. 2008-ci ildə
bu istiqamətdə 71
beynəlxalq saziş və konvensiya imzalanmışdır ki, bu da öz
növbəsində
mədəniyyətin inkişafının
yaxşılaşdırılmasını
təmin edən amillərdəndir.
Mədəniyyət
sahəsində Heydər Əliyev Fondunun gördüyü
işlər təqdirə layiqdir. Bu
baxımdan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
xidmətləri əvəzsizdir.
Mədəniyyətimizin inkişafı
və bütün dünyada təbliği üçün bu fondun tədbirləri məqsədyönlüdür. Bakı 2009-cü il “İslam mədəniyyətinin
paytaxtı” elan edilib. Bu gün
Azərbaycanın paytaxtında
keçirilən tədbir
ölkəmizin həyatında
mühüm rol oynayır. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin bilikdə
bəzi məsələləri
müzakirə etməsi
qururvericidir.
Azərbaycanın daha yaxından tanınması
üçün “Gülüstan” sarayının foyesində
sərgi təşkil olunmuşdu. Bu
sərgi qədim irsimizi, zəngin mədəniyyətimizi özündə
əks etdirir. Qeyd edək ki, ölkəmiz
son illərdə yüksək və ali məclislərdə öz imcini xeyli artırmışdır.
İndi Azərbaycan beynəlxalq forumların və mədəniyyətlərarası
dialoqların keçirilməsi
üçün ən
əlverişli bir məkana çevrilmişdir.
Bütün bunlar isə ölkəmizin dünyaya inteqrasiyasını
təmin edən ən vacib şərtlərdəndir.
Cənab İlham Əliyevin
siyasətinin qayəsini xalqın maraqları təşkil
edir. Məhz buna
görə dövlətmizin
başçısı digər
xalqlara da hörmətlə yanaşır.
Deyilənlərin bariz
nümunəsidir ki, hazırda Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanına
çevrilib. Artıq
8 ildir ki, müstəqil dövlətimiz
Avropa Şurasının
üzvüdür. Ölkəmizdə
qanunun aliliyini təmin edilməsi üçün dövlət
başçısı bir
çox islahatlar həyata keçirmişdir.
Ölkəmizdəki iqtisadi
yüksəliş sosial həyatda da mühüm
irəliləyişə səbəb olmuş və əhalinin
rifah halının yaxşılaşdırılması
üçün dövlətimiz kompleks tədbirlər
planı həyata keçirmişdir. Beləliklə,
ölkəmizin iqtisadi
potensialı bölgələrimizin
inkişafını təmin
etmişdir. İşsizliyin
aradan qaldırılması
və yoxsuluğun azaldılması ölkə
vətəndaşlarının daha firavan yaşaması
üçün zəmin
yaratmışdır.
İndi ölkəmizin
beynəlxalq aləmdə qazandığı uğurlar
reallıqdır. Azərbaycan enerji sahəsində əhəmiyyətli nailliyyətlər
əldə etmişdir.
Enerji sahəsindəki
uğurlarımız nəinki
ölkəmiz üçün,
həm də bölgə üçün
çox vacib olmuşdur. Bu gün ölkəmizin enerjidaşıyıcıları Avropa və dünya bazarlarına çıxarılaraq, enerji
təhlükəsizliyinin təinatçısına
çevrilmişdir.
Konfransda bir çox
məsələrə şərh verən Prezident İlham
Əliyev Azərbaycanda dini və milli tolerantlığın,
dozümlülüyün yüksək səviyyədə
olması üçün ölkəmizdəki xalqların
rahat, mehriban və sülh şəraitndə yaşaması
üçün hər cür şərait olduğunu
vurğuladı. Bu şərtlər
bütün dövlətlər
üçün vacibdir.
Azərbaycan
regionun lider dövlətidir. Ölkəmiz
bir çox iri layihələrin reallaşdırılmasının icraçısıdır. Lakin
Ermənistanın ölkəmizə
təcavüzü bütün
hüquqi normaları pozmuşdur. Ermənistan Azərbaycanın əzəli
torpağı olan Dağlıq Qarabağı
və onun ətrafındakı 7 rayonu
işğal etmişdir.
Ermənistanın Azərbaycana
qarşı apardığı
etnik təmizləmə
siyasəti nəticəsində
20 faiz torpaqlarımız
düşmən tapdağı
altında qalmışdır.
Bir milyon vətəndaşımız isə
öz torpaqlarından
qovularaq qaçqın
və köçkün
vəziyyətinə salınmışdır.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü
pozulmuşdur. Ölkəmizin
başçısı çıxışında
bəyan etdi ki, Birləşmiş Millətlər Təşkilatının
qərarı ilə Təhlükəsizlik Şurasının
4 qətnaməsinə əsasən
Ermənistan silahlı
qüvvələri torpaqlarımızdan
qeyd-şərtsiz çıxarılmalı
idi. Lakin Ermənistan bütün bunlara hələ də əhəmiyyət vermir. Avropa Şurasının işğalçılıq
siyasəti ilə bağlı qətnaməsinə
baxmayaraq Ermənistan heç bir ciddi addım atmaq istəmir. Əfsuslar olsun ki, bu gün
mötəbər təşkilatların
qərarları icrasız
qalıb. Bütün
bunlar isə bölgədə gedən
proseslərin gedişatında
maneədir.
Prezident İlhvm Əliyev hərbi
təcavüzün ölkəmizin mədəni irsinə
də böyük ziyan vurduğundan danışdı. Qeyd etdi ki,
işğal nəticəsində
torpaqlarımızda hər
şey daşıdılmışdır.
Bunu beynəlxalq təşkilatların nümayəndələri
də təsdiq edir. 2005-ci ildə ATƏT-in faktlaşdırıcı
missiyası Azərbaycanın
Ermənistan tərəfindən
işğal olunmuş
torpaqlarınında monitorinq
keçirmişdir. Məlum
olmuşdur ki, bizim xalqa məxsus
tarixi abidələr məhv edilmiş, muzeylərimiz talan olunmuşdur. Mədəniyyət
abidələrimizlə yanaşı
məscidlərimiz də
uçurulmuşdur. Bütün
bunların real şahidi olmuş ATƏT-in faktaraşdırıcı
missionerləri bunu digər xalqların mədəni irsinə hörmətsizlik kimi dəyərləndirmişlər.
Qeyd edək ki, dövlətlər
arasında dialoq bu gün ən aktual və vacib
amillərdəndir.
İki sahil.- 2008.- 4 dekabr.-
S. 4.