Qadınlar milli mədəniyyətin
inkişafında mühüm
rol oynayırlar
Dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda Avropa Şurasının üzvü
olan dövlətlərin
mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda
keçirilən konfransının
iştirakçılarının bir qrupu ilə
görüşmüşdür.
Qonaqları
səmimiyyətlə salamlayan komitə sədri konfransın
əhəmiyyətini vurğulamış, müasir
mərhələdə milli mədəniyyətin
inkişafında qadınların fəal iştirakının
xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmiş,
mədəniyyət və incəsənət sahəsində
çalışan qadınların ictimai işlərdə
və cəmiyyətdə rolundan
danışmışdır.
Hicran Hüseynova qeyd
etmişdir ki, Azərbaycanda qadınların cəmiyyət
həyatının müxtəlif sahələrində
fəal iştirakının təmin edilməsi xətti
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər daim qadınların həyatın
müxtəlif sahələrində
rolunun yüksəldilməsinə
böyük diqqət
yetirmişdir. Hazırda
qadınların cəmiyyətdəki
rolunun yüksəldilməsinə
yönəlmiş dövlət
siyasəti ardıcıl
surətdə davam etdirilir.
Qonaqlar Azərbaycana səfərlərindən, ölkəmizdə
gördükləri inkişafdan
məmnunluqlarını bildirmişlər.
Tədbirdə
Türkiyənin mədəniyyət və turizm nazirinin
xanımı Gülten Günay, Səudiyyə
Ərəbistanının mədəniyyət nazirinin
xanımı Saudi Arabia, Malayziyanın mədəniyyət,
incəsənət və irs nazirinin müavininin xanımı
Kim Lou Yonc iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 4.