Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı flora fauna ilə yanaşı, tarixi abidələrlə zəngindir

 

Hələ 1977-ci ildə "qoruq şəhəri" elan edilmiş, tarixi memarlıq abidələri və təbiət mənzərələri ilə zəngin olan Ordubad rayonu ərazisində akademik Həsən Əliyev adına Milli Parkın yaradılması əhalinin istirahətinin təmin olunması və ekoturizmin inkişaf etdirilməsinə geniş imkan açmışdır.
Dəniz səviyyəsindən 3900 metr yüksəklikdə yerləşən Milli Parkın ərazisində qayalıq, yüksək dağlıq sahələrə xas olan alp çəmənlikləri, bitkilər, bir çox nadir heyvan növləri Azərbaycan Respublikasının "Qırmızı kitab"ına Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində 118 fəsiləyə daxil olan 2900-dən artıq bitki növünün əksəriyyəti bu parkın ərazisində yayılmışdır. Onlardan 77 növü isə nadir bitkilərə aiddir.
Milli Parkın ərazisi flora fauna ilə yanaşı, tarixi memarlıq təbiət abidələri ilə zəngindir. Burada "Qaranquş yaylağı", "Göygöl", "Kilid mağarası", "Gəmiqaya" kimi təbii abidələr, "Gilan türbəsi", "Dər türbəsi", "Dırnış məscidi" tarixi memarlıq abidələri dövlət səviyyəsində mühafizə olunur.

 

Azərbaycan.- 2008.- 10 fevral.- S. 7.