Əsədov B.
Dənizkənarı
bulvarı elə şəklə salmaq olar ki, dünya
tamaşasına gələr
Azərbaycan
Respublikası Prezidentinin Nazirlər Kabinetinin yanında
Dənizkənarı Bulvar İdarəsinin yaradılması
haqqında fərmanı qəzetimizdə dərc edilən
gün redaksiyaya gəlib dövlətimizin
başçısı İlham Əliyevə
minnətdarlığını bildirdi:
- Çox vaxtında görülən tədbirdir.
Dənizkənarı bulvarı elə şəklə salmaq
olar ki, dünya tamaşasına gələr. Bu işdə
mən də əlimdən gələn köməyi
etməyə hazıram. Layihələrim həyata
keçirilsə, özümü xoşbəxt sayaram.
- Nə layihələrdir elə?
- Layihəm çoxdur. İcazənizlə sizi altısı
ilə tanış etmək istərdim.
Məcid Namazov Azərbaycan Tibb Unitversiteti Normal fiziologiya
kafedrasının əməkdaşıdır.
Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik
Mərkəzində ictimai əsaslarla metodist işləyir.
Məktəb illərindən rəsm çəkməyə,
Azərbaycanın və dünyanın tarixi
şəxsiyyətlərinin portretlərini, təbiət
mənzərələrini tablolara köçürməyə
həvəs göstərir. Sözügedən
layihələr üzərində çoxdan
düşündüyünü, indi onlardan
Dənizkənarı bulvarın yenidən qurulmasında,
bəzədilməsində istifadə edilməsinin
mümkünlüyünü vurğuladı.
"Qlobus" - fırlanan kürə
"Qlobus" - fırlanan kürə qurğusu (diametri
və hündürlüyü 50 metr) soldan-sağa
firlanmalıdır. Qlobusun ətrafında
dağlar, meşələr, səhralar, çaylar,
dövlət sərhədləri, dövlətlərin
rəmzi binaları, tarixi abidələri və bayraqları
maket şəklində həkk olunmalıdır. İnsanlar
maketi xaricdən kanatlarla yuxarı-aşağı
hərəkət edən qırx kabinədən
müşahidə edəcəklər.
Qlobusun daxilində Yerin yeddi qatı və nüvə
fantaziyası bədii dizayn formasında nümayiş olunacaq.
Qatlar arasında 6 mərtəbə yerləşəcək
və hər mərtəbə bir funksiya daşıyacaq.
I mərtəbə - Antarktida-Aysberq fantaziyası. Aysberq
maketləri arasında, buz döşəmələr
üzərində səyahətçilər milli çay
dəstgahına qonaq olacaqlar.
II mərtəbə - Azərbaycan-Türk xalqının
zəngin mədəni irsi, milli adət-ənənəsi,
tarixi şəxsiyyətləri öz əksini tapacaq.
III mərtəbə - dünya xalqlarının tarixi
şəxsiyyətləri, milli-mənəvi
dəyərləri, dövlət xadimləri və
dövlətləri haqqında məlumat.
IV mərtəbə - ulu öndərlər Atatürk Mustafa
Kamal Paşa və Heydər Əliyev
şəxsiyyətlərinin həyatı,
yaradıcılığı, əbədi irsi.
V mərtəbə - dünya xalqlarının inam və iman
bəslədiyi səmavi dinlərin tərənnümü,
peyğəmbərlərin həyatı,
yaradıcılığı və tövsiyələri.
VI mərtəbə - Şimal Buzlu okeanı fantaziyası,
tavandan buz maketlərinin sallanması, astronomiya elmi və
səma cisimləri haqqında bilgilər.
Qurğunun zirvəsində ətrafa, şəhərə,
fauna-floraya baxmaq üçün meydança
yerləşəcək. Meydançada dünya
dövlətlərinin bayraqları daldalanacaq.
Qurğunu eyni vaxtda min nəfər səyahət edə
biləcək. Hər mərtəbədə qonaqlara çay
və qəhvə təklif olunacaq. Maraqlı gəzinti 6 saat
davam edəcək. Bakı buxtası ətrafında
yerləşən Milli park qızıl üzük
mənzərəsi yaradırsa, Nargin adasında tikilməsi
nəzərdə tutulan "Qlobus" - fırlanan
kürə qurğusu bu qızıl üzüyün almaz
qaşı ola bilər.
Layihə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Agentliyində
sənədləşir.
"Əşrəf" - rəmzi sədaqət andı
İnsan Yer üzünün əşrəfidir.
"Əşrəf" - rəmzi sədaqət andı
kompozisiyası yeni ailə quranlar üçündür.
Burada əksini tapmış fayton icad ediləndən
mədəni minik vasitəsi kimi xalqımızın
mentalitetinə daxil olub. Ağ atlı faytonda ayaq üstə
dayanmış bəy sağ əlində Azərbaycan
Respublikasının Konstitusiyasını, gəlin sol əlində
müqəddəs Qurani-Kərimi tutub, hər ikisinin o biri
əllərində Azərbaycan Respublikasının
dövlət bayrağı dalğalanır.
Bəy tərəfdə canlı dekorativ kol
bitkilərindən Azər adı, gəlin tərəfdə
Baycan adı yazılacaq. Dekorativ kol bitkiləri xüsusi
hərf fiqurları yaradan karkasın ətrafında
yerləşəcək. Fayton, at, bəy-gəlin
dövlət atributları və Qurani-Kərim monumentdən
ibarət olmalıdır. Fayton dövlətə
işarədir. At uğurlu, sədaqətli dost təki
insanları muradına çatdıran rəmzi varlıq kimi
qəbul edilib. Dövlət qanunlarına, müqəddəs
Qurani-Kərimə sədaqətli hər gənc ailə
dövlətin himayəsi ilə xoşbəxtliyə gedir.
Bütün bitki aləmi və canlı aləm Yer
kürəsinin əşrəfi insanların
xoşbəxtliyinə xidmət edir.
Rəmzi sədaqət andına sadiq
insanların vəhdətindən yaranacaq yeni nəsil
Azərbaycan xalqının uğurlu xoşbəxt
gələcəyidir. "Əşrəf" kompozisiyası
şəhər, rayon və hər hansı yaşayış
məntəqəsinin mərkəzi ərazilərində,
parklarında da inşa edilə bilər. Əsər
Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyində dövlət reyestrindən keçərək
rəsmi şəhadətnamə qazanıb.
"Mizan-tərəzi" emblemi
Azərbaycan xalqının musiqi mədəniyyəti çox
qədim və zəngin tarixə malikdir. Milli
musiqi alətlərimiz - ulu Dədə Qorqudun qolça
qopuzunun sələfi olan saz, tar, kamança, tütək,
zurna, balaban, nağara və qavaldan ibarət rəmzi
"Mizan-tərəzi" emblemi yastı, dairəvi
formalı, özündə təsviri motivi və şrift
yazısını birləşdirən kompozisiyadır.
Yazılar dairənin sağ və sol qövsü üzrə,
təsviri motiv isə mərkəzdə yerinə yetirilib.
Təsviri motiv saz, kamança, tar, zurna, balaban, tütək,
dəf və nağaranın stilləşdirilmiş
təsvirində yaranmış əl tərəzisi
şəklində qrafik rəsmdir. Emblem qırmızı,
göy, sarı, mixəyi, ağ, yaşıl, mavi, boz,
şabalıdı rənglər qamması üzərində
qurulub. Kompozisiyada tərəzinin detalları saz, zurna, balaban,
tütək, qaval və nağaradan ibarətdir.
Tərəzidə cəkilərək mizan tarazlığı
yaradan isə tar və kamançadır.
Rəmzi "Mizan-tərəzi" emblemi Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Agentliyində ilkinlik (prioritet) patenti
alıb, Mədəniyyət və Turizm Nazirliyində
təsis olunmuş "Zirvə" mükafatına təqdim
edilib.
Kompozisiyadan milli bəzək əşyaları,
sırğalar hazırlanmasında və digər
sahələrdə də istifadə etmək olar.
"Dekorativ qədəh üzərində ilan"
Müxtəlif materiallardan maket və rəsm
şəklində düzəldilmiş vaza-ilan kompozisiyası
dünyada tibbin rəmzi kimi qəbul olunub. Məcid Namazov
isə bu modeli təbii dekorativ ağacdan və dekorativ
sarmaşıq bitkilərindən yaratmağı təklif
edir:
- Bunun üçün hündürlüyü
3-4 metr olan dekorativ canlı ağacın budaqlarının
arasında tərsinə çevrilmiş konus formasında
karkas düzəltmək və həmin karkasın on santimetr
kənarından ağacın budaqlarını səliqəli
kəsərək qədəhin görkəmini yaratmaq lazımdır.
Dekorativ ağacın dibindən başınadək ilanvari
karkas düzəldilməli, ağacın dibində
yetişdirilən dekorativ sarmaşıq bitkiləri ilanvari
karkasın gövdəsindən yuxarı hissələrinə
qədər dolanmalıdır. Gecələr dekorativ
qədəhin ətrafı sadə işıqlarla, ilanın
ətrafı isə hərəkət göstərən
işıqlarla bəzədilməlidir.
Təbii bitkilərdən ibarət bu rəmzi kompozisiya
gözəl bir mənzərə yaradaraq
yaşıllığın artmasına səbəb olar. Eyni
zamanda tibb müəssisələrinin göstəricisi
funksiyasını daşıya biləcək layihə
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Agentliyində ilkinlik qazanıb, onun rəsmi
bülletendə çap olunması qərara alınıb.
"Yaxşılığa yamanlıq"
Azərbaycan xalqının müdrik kəlamları, atalar
sözləri var. Bunlardan biri belədir:
yaxşılığa yaxşılıq hər kişinin
işidir, yamanlığa yaxşılıq ər kişinin
işidir.
"Yaxşılığa yamanlıq" rəmzi tablosunda
dağ zirvəsinə qalxan xeyirxah Azərbaycan əsgəri
siçanın balalarını əjdahadan xilas edir. Lakin ana
siçan yaxşılığa yamanlıq edərək
əsgərin kəmərini dişləri ilə kəsir.
Tablonun aşağısında isə böyük əjdaha bu
hadisədən bəhrələnmək niyyətindədir.
Amma igidliyi milli adət-ənənədən qaynaqlanan
əsgər ehtiyat kəmərindən istifadə edərək
bu xəyanətdən qurtulur.
Tablo Azərbaycan xalqının milli qürurunu,
nəcibliyini, cəsurluğunu özündə əks etdirir
və rəmzi məna daşıyır:
yaxşılığa yamanlıq edən canlı məxluqat
ermənilərdir.
Əsər Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyində dövlət reyestrindən
keçərək rəsmi şəhadətnamə
qazanıb. Ondan hərbi hissələrdə,
tədris müəssisələrində və digər
yerlərdə də istifadə etmək məsləhətdir.
"Şirin qəzəbi"
"Şirin qəzəbi" rəmzi tablosu Azərbaycan
xalqının milli vətənpərvər ruhunu
tərənnüm edir. Şir bütün dünyada xoşməramlı, ədalətli, cəsarətli,
qürurlu və yenilməz qüvvə kimi qəbul olunub.
Əsərdə yatmış şirin qəfildən oyanaraq
hücuma keçməsi, onun yuvasına soxulmuş kaftarı,
donuzu, ala iti və tülküləri qovması, ərazisini
düşməndən təmizləməsi əksini
tapıb. Buradakı qılınc, nizə, toppuz, qalxan
və papaq şirin xalqımızı təmsil etdiyinə
işarədir. Yəni demək istənilir ki,
artıq işğal olunmuş torpaqlarımızı azad
etmək, erməni təcavüzünə son qoymaq vaxtı
çatıb, bizim güclü ordumuz, şir ürəkli,
şir cüssəli oğullarımız var.
Əsər Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyində dövlət reyestrindən
keçərək rəsmi şəhadətnamə
qazanıb.
Azərbaycan Respublikası
Prezidentinin Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin yaradılması haqqında fərmanında
deyilir: "Bakı şəhərinin
əvəzsiz incilərindən olan Dənizkənarı bulvar
maddi mədəiyyətimizin əsrarəngiz nümunəsi
olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də
müasir simasını təşkil edin xüsusi təbii
komplekslərdən biridirE Şəhərsalma, istirəhət
və turizm infrastrukturu, böyüyən
paytaxtın ekoloji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb edən
Dənizkənarı bulvarın təbii kompleksinin qorunub
saxlanması və bərpa edilməsi, muasir memarlıq
tələblərinə uyğun olaraq yenidən qurulması
onun idarəetmə sisteminin təkmilləşdirilməsini
və mərkəzləşdirilməsini zəruri
edir".
Məcid Namazovun layihələri də Dənizkənarı
bulvarın yenidən qurulmasında kara gələ, onun
istirahət və turizm infrastrukturunun
yaxşılaşmasına kömək edə bilər.
Azərbaycan.- 2008.- 24 fevral.- S. 8.