Moskvanın
Bakılıları
Bakı mühiti Dünya mədəniyyəti proqramı
üçün örnək ola bilər
MDB
ölkələri Humanitar İnstitutunun rektoru,
"Bakılılar" mədəni-maarifçilik klubunun
prezidenti Cəmil Sadıqbəyov artıq 25 ildir Moskvada
yaşayır. Bu yaxınlarda Rusiya
mətbuatına verdiyi
müsahibədə C.Sadıqbəyov
doğma şəhərinin
zahiri gözəlliyindən,
insanlarının xeyirxahlığından,
mədəni-mənəvi
aləminin çoxrəngli
dolğunluğundan, bir
sözlə, Bakının
təkrarsızlığından bəhs edib: "Bütün bakılıları
qədim İçərişəhər
birləşdirir. Burda
böyüyüb boya-başa
çatanların özünün
adət-ənənəsi,
prinsipləri, öz dialekti, ünsiyyətdə
yalnız onlara xas olan koloriti,
orijinal zarafatları, özünün həyat anlamı, dünyagörüşü
var. Vaxtilə Bakıda 72 millətin
nümayəndəsi yaşayırdı.
Onlar bir-biri ilə ünsiyyət zamanı qeyri-ixtiyari olaraq ən yaxşı mədəni vərdiş və adət-ənənələri
yaxşı mənada
özününküləşdirirdilər.
İndi bu dərəcədə müxtəlif
mədəniyyətlərin çulğaşdığı
şəhər tapmaq
çox çətindir".
Rəhbərlik etdiyi "Bakılılar"
klubunun məqsəd və vəzifələrindən
bəhs edən C.Sadıqbəyov vurğulayıb
ki, bu qurum
Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin
saxlanmasına və daha da möhkəmlənməsinə,
həmçinin iki ölkənin paytaxtlarının ictimaiyyətinin
diqqətini xalqlarımızın
tarixi irsinə cəlb etməyə xidmət göstərmək
məqsədilə formalaşıb.
C.Sadıqbəyov: "Klubumuzun
əsas vəzifəsi
silsilə mədəni-maarifçilik layihələrinin
gerçəkləşdirilməsidir. Bu layihələrdə Moskvada məskunlaşmış
bakılıların intellektual
və yaradıcı potensialından mütləq
istifadə edilməlidir.
Məhz bu cür layihələr
çoxmillətli Moskva
şəhərində Azərbaycandan
olan insanların mədəni xüsusiyyətləri
ilə tanışlıq,
məlumatın daha da dolğun olmasını təmin edə bilər".
Ötən ilin
dekabrından isə
"Bakılılar" klubu
"Birlik ölkəsi"
qəzetini nəşr
etdirir. Mətbu orqanının ən qabarıq mövzusu mühacirlərin vəziyyəti,
onların hüquqlarının
müdafiəsidir. C.Sadıqbəyov:
"Bizim vəzifəmiz
MDB ölkələrində miqrasiya siyasətinin həyata keçirilməsi
barədə operativ məlumat vermək, qəzetimizin səhifələrində
dövlət strukturlarının
təmsilçilərinin iştirakı
ilə müvafiq qanun layihələrinin müzakirəsini keçirməkdir.
Hər mövzunun müzakirəsinə birlik
ölkələrinin hər
birindən ekspertlər
dəvət edilir".
"Dünya mədəniyyəti" proqramına
bundan sonra da öz töhfəsini
vermək niyyətində
olan və bununla da müxtəlif
xalqlar arasında tolerantlıq ideyasını
təbliğ edən
"Bakılılar" klubunun
bir sıra maraqlı planları da var. Bunların
sırasında veb-saytın yaradılması,
"Bakının işıqları"
korporativ dərgisinin nəşri, uşaq caz festivalının keçirilməsi və bir sıra digər
niyyətləri sadalamaq
olar. Klubun ən yaxın perspektivə aid olan tədbirlərindən
biri isə hər il olduğu
kimi, Novruz bayramının keçirilməsidir.
Həftə içi.- 2008.- 27 fevral.- S. 8.