Vəfalı T.
Muğam parkı unudulub
Paytaxtdakı
əksər parkların, bağların, meydançaların
və ümumi istifadə olunan digər obyektlərin
baxımsızlıq və nəzarətsizlik
üzündən acınacaqlı duruma düşməsi adi
hala çevrilib. Belə obyektlərdən biri də Nəsimi
rayonundakı keçmiş "Bakı" mehmanxanası
ilə üzbəüzdo yerləşən "Muğam"
parkıdır. Qeyd edək ki, ilbəil bərbad hala
düşən obyektdə yaşanan problemlərlə
əlaqədar yerli sakinlər dəfələrlə aidiyyəti
qurumlara müraciət etsələr də, məkanda
hələ də müsbət dəyişiklik nəzərə
çarpmır. Son günlər isə
"Muğam"ın ərazisinin müəyyən
şəxslərə satılması və orada tikinti
işlərinə start verilməsi barədə məlumatlar
yayılıb.
Deyilənləri
dəqiqləşdirmək üçün dünən
həmin əraziyə baş çəkib adıçəkilən
parkla bağlı reportaj hazırlamaq qərarına gəldik.
Təxminən 3-4 hektara qədər sahəni əhatələyən obyektin girişində quraşdırılmış nov nəzarətsiz qaldığından oradan axan su ətrafda xırda gölməçələr yaradıb. Hətta novdan yüksək sürətlə və hündürlüyə qalxan su şose yola doğru axır. Parkda müxtəlif zibillərə, tör-töküntülərə də rast gəldik. Orada quraşdırılmış skamyaların kənarlarında çəkilmiş siqaret kötükləri və çırtlanmış tumların qabıqları əməlli-başlı zibillik və antisanitariya yaradıb. Obyektdə quraşdırılmış 10-a qədər işıqlandırma dirəyinin heç biri salamat deyildi. Onlardan bəzilərinin lampaları və şüşəli çərçivələri, eləcə də elektrik xətləri tamam yararsız hala salınıb. Bu səbəbdən axşamlar parka zülmət qaranlıq çökür. Onu da bildirək ki, parka ziyarətə gələnlərin istirahətlərinin xoş keçməsi üçün hələ bir neçə il öncə elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi ilə yanaşı, parkın son hissəsində fəvvarə, onun yanında isə musiqi mərkəzi salınıb.
Fəvvarə 3 ildir susur...
Əvvəllər sözügedən mərkəzdə xoş musiqilər səsləndirilirdi ki, bu da parkdakıların ovqatına, əhval-ruhiyyəsinə müsbət təsir edirdi.
Ancaq son 3 ilə yaxındır haqqında söhbət açılan fəvvarə baxımsızlıq üzündən tamam dağılıb-gedir, oradakı dəmir su boruları nəmişlikdən tamam paslanaraq çürüyüb. Bundan başqa, qeyd etdiyimiz musiqi mərkəzinin yerləşdiyi yeraltı kabinetin qapısı da xeyli müddətdir bağlı qalıb.
Parkın orta hissəsində Nəsimi rayon Qaz İstismarı İdarəsinə məxsus
15 saylı qaztənzimləmə
məntəqəsinin və
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin 44 saylı sahə müvəkkilliyinin yerləşdiyi
1 mərtəbəli 2 otaqlı binanın arxa və sağ
tərəflərində divar
suvaqları və kirəmit hissələri sökülmüşdü. Obyektin sol və
qabaq hissələrində
isə analoji proses davam etdirilirdi.
Tikinti materialları və tullantı əşyaları
isə binanın kənarlarına atılmışdı.
Binanın arxa hissəsində
həmçinin yeni otaqların tikintisinə başlanılmışdı. Fəhlələr yan divarları
hörülmüş otağın
orta hissəsində arakəsmə bəndlərini
qururdular.
Adıçəkilən məntəqədə
çalışan operatorlardan
öyrəndik ki, qurumun yerləşdiyi 1 otağın xarici konstruksiyasına dəyişikliklər
ediləcək: "Çünki
gördüyünüz bu
binanın məntəqəmizə
aid olan hissəsində
yerləşən avadanlıqlar
və qurğular vasitəsilə Nəsimi rayonunun böyük bir ərazisinin qazla təchizatı həyata keçirilir. Bura 300 millimetrlik qaz kəmərləri çəkilib.
Onların hesabına rayonumuzun Neftçilər
xəstəxanasından tutmuş
Bakı Dəniz Vağzalının ətrafında,
eləcə də
"Azdrama"nın, "5 mərtəbə" adlanan
məkanın yanında
yerləşən bütün
evləri qazla təmin edirik. Bu səbəbdən də buranın sökülməsi, yaxud köçürülməsi mümkünsüzdür.
Ancaq bununla belə, yerləşdiyimiz bina uzun illərdir istismardadır və əsaslı təmir olunmadığından yararsız
hala düşüb.
Onun təmirinə ehtiyac yarandığı üçün
müəyyən işlər
görüləcək".
Müvəkkillik sahə
rəisliyi ilə əvəzlənəcək
Müsahiblərimiz dedilər
ki, sözügedən
prosesin aparılması
əsasən 44 saylı
sahə müvəkkilliyinin
ərazisinin genişləndirilməsindən
irəli gəlib:
"Nazir Ramil Usubov göstəriş verib ki, respublikanın
daxili işlər orqanlarının fəaliyyətini
Avropa standartlarına müvafiq tənzimləmək
hökmən vacib olduğu üçün
bir sıra tədbirlərin həyata
keçirilməsi lazımdır.
Belə tədbirlərdən biri də sahə müvəkkilliklərinin ləğv
edilməsi və onların əvəzinə
sahə rəisliklərinin
yaradılmasıdır. Buna görə də
buradakı sahə rnüvəkkilliyinin otağı
tamam sökülüb.
Onun yerində əvvəlkindən
xeyli böyük və sahəsi 40 kvadratmetr olan yeni otaq tikilir.
Eşitdiyimizə görə, artıq
paytaxtdakı sahə müvəkkilliklərindən yalnız
Nərimanov rayonunda fəaliyyət göstərənlərindən
biri sahə rəisliyinə çevrilib.
Digərlərinin də analoji
mərhələ keçməsi
üçün lazımi
addımların atılmasına
başlanılacaq".
Məkana yiyə
duran tapılmadı
Parkın daimi "qonaq"larından
olduğunu öyrəndiyimiz
bir neçə ağsaqqal ürəkağrısı
ilə obyektin sahibsiz qalmasından gileyləndi.
Onların dediyinə
görə, məkanın
gah Nəsimi rayon bələdiyyəsinin, gah
da Bakı şəhər Yaşıllaşdırma
Departamentinin (BŞYD) balansında
olduğu söylənilsə
də, adıçəkilən
qurumlar parkæò taleyinə
barmaqarası baxırlar.
Bu səbəbdən də tam nəzarətsiz qalmış istirahət mərkəzinin durumu günbəgün ağırlaşır.
Məsələylə əlaqədar aidiyyəti
qurumlarla da əlaqə saxladıq. BŞYD rəsmiləri dedilər ki, parkın departamentə heç bir aidiyyəti yoxdur. Bu səbəbdən
də onlara dəxli olmayan obyektlərdə baş verən xoşagəlməz
hadisələrə görə
məsuliyyət və
cavabdehlik daşımaq
fıkrində deyillər.
Nəsimi rayon bələdiyyəsinin əməkdaşları
da istirahət mərkəzinin onların
tabeliyində olmadığını
vurğuladılar.
Nəsimi rayon İcra Hakimiyyətindən
suallarımızı Nəsimi
rayon Mənzil-Kommunal Təsərrüfatı
Birliyinə ünvanlamağımızı
məsləhət gördülər.
Sonuncu qurumdan isə qeyd etdilər ki, rəsmi şəxslər sahələrdə
olduqlarından idarədə
suallarımızı cavablandıracaq
kimsə yoxdur.
Həftə içi.- 2008.- 8 fevral.- S. 1; 6.