Azərbaycan nümayəndə heyəti
neft muzeylərinin təcrübəsini öyrənmək
məqsədi ilə
ABŞ-da səfərdə
olmuşdur
AzərTAc xəbər
verir ki, Prezident İlham Əliyevin ölkəmizdə
neft salnaməsinin öyrənilməsini və
təbliğinin gücləndirilməsini
təmin etmək məqsədilə Bakı
şəhərində Neft
muzeyinin yaradılması
haqqında sərəncamından
irəli gələn vəzifələrin yerinə
yetirilməsi, dünya
ölkələrində fəaliyyət
göstərən neft
muzeylərinin təcrübəsinin
öyrənilməsi üçün
ARDNŞ-in vitse-prezidenti Xaliq
Məmmodovun rəhbərlik
etdiyi nümayəndə
heyəti ABŞ-da səfərdə olmuşdur.
Azərbaycan Rəssamlıq
Akademiyasının prorektoru
Cəlil Hüseynov, Mədəniyyət və
Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, Muzey Mərkəzinin şöbə müdiri Əminə Məlikova və ARDNŞ-in mütəxəssisi
Teymur Mahmudovun daxil olduğu nümayəndə heyətini
Vaşinqtonda yerləşən
"American Oil and Gas Historical Society"cəmiyyətinin
rəhbərliyi səfər
boyu müşayiət
etmişdir. Səfər
çərçivəsində nümayəndə heyəti
Texas ştatının Hyuston
şəhərindəki Təbii
Elmlər Muzeyində,
"Veys Enerji Xol" Neft sərgisində, Qalveston şəhərindəki "Ocean Star Offshore
Drilling Rig and Museum" adlı üzən qazma qurğusu muzeyində, Beamont şəhərindəki
Texas Enerji Muzeyində,
"Spindletop Gladys City Museumda
olmuş, eksponatlarla tanış olmuşlar. Heyət üzvləri habelə Dailas ştatının Fort Vors
şəhərindəki Elm və Tarix Muzeyinə,
Təbiət və
Elm Muzeyinə, Oklahoma Tarix
Elmləri Mərkəzinə,
"Devon Enerji" şirkətinin
açıq tipli neft və qaz
park-muzeyinə baş
çəkmiş, buradakı
sahə avadanlığı
ilə tanış olmuşdur.
Nümayəndə heyəti
həmçinin Ponka Sitidə Yeni Konoko və Marland neft muzeyləri
ilə, Ehid şəhərində Çeroki
Regional Muzeyi ilə, eləcə də açıq havada yerləşən "Ames. Astrobleıne"
neft muzeyi ilə də
Səfər
çərçivəsində keçirilən
görüşlərdə yerli
mütəxəssislərə Azərbaycan haqqında,
ölkədə neft sənayesinin tarixi, eləcə də
neft muzeyinin yaradılması sahəsində görülən
işlər barədə məlumat verilmişdir. Azərbaycan
nümayəndə heyəti Hyuston şəhərində
fəaliyyət göstərən "Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər"
Cəmiyyətində, eləcə də "Raindrop"
Türk evi cəmiyyətində keçirilən
görüşlərdə iştirak etmiş, ABŞ-ın
nüfuzlu universitetlərində təhsillərini davam
etdirən ARDNŞ təqaüdçüləri ilə
görüşmüşdür. Nümayəndə heyətinin
ABŞ-a səfəri, burada aparılan fikir və
təcrübə mübadilələri Bakıda Neft muzeyinin
yaradılması prosesinə müsbət təsir
göstərəcəkdir.
Azərbaycan.- 2008.- 22
fevral.- S. 3.