Hüseyn Cavidin ev-muzeyinin
əməkdaşları hansı yönümlü
verilişlərə üstünlük verirlər?
Növbəti
sorğumuzu Hüseyn Cavidin ev-muzeyinin əməkdaşları
arasında keçirdik. Onlara aşağıdakı suallarla
müraciət etdik:
1. Televiziyalarda hansı
yönümlü verilişlərə üstänlük
verirsiniz?
2. AzTV-də hansı
verilişləri bəyənirsiniz, hansıları yox?
Gülbəniz Babaxanova,
direktor
1. Televiziyalarda
kifayət qədər baxımlı və maraqlı
verilişlər mövcuddur. Bir ədəbiyyatçı kimi
məni ədəbiyyat sahəsi daha çox
maraqlandırır. Dahi şəxsiyyətlərin həyat
və yaradıcılığından bəhs edən
verilişlərə baxıram. Azərbaycan filmlərinin
müntəzəm olaraq nümayişi təqdirəlayiq
haldır. Şou, əyləncəli verilişlərin bir
qisminin yığışdırılmasını
istərdim. Hal-hazırda gəncliklə, təhsillə,
maarifçiliklə bağlı verilişlərə ehtiyac
var. Tarixi mövzulu verilişlərə də geniş yer
ayrılmasını istərdim. Xalqı tanıdan tarix,
ədəbiyyat və mədəniyyət sahələridir.
Bunların da ən yaxşılarını seçib
efirə vermək lazımdır. Müğənnilərin
həyatından bəhs edən verilişlər verməkdənsə,
dahi şəxsiyyətlərimizin həyat və
yaradıcılığından bəhs edən
verilişlər verilsə, çox yaxşı olar.
2. AzTV-də gedən bütün
verilişlər maraqlıdır. "Ədəbi
düşüncələr", "Vətəndaş",
"Səhər" və s. kimi verilişlər baxımlı
verilişlər siyahısındadır. Ədəbi verilişlər
bu kanalda tez-tez yayımlanır. Yeni kəşflər,
ədəbiyyat və mədəniyyətimizlə
bağlı verilişlər olduqca baxımlıdır. Nə
yaxşı ki, Mehriban xanımın səyi nəticəsində
muğam sahəsinə maraq artdı. Nə yaxşı ki,
bizim muğamımız dirildi. İstərdim ki, xalqı,
milləti tanıda biləcək soy-kökümüzlə
bağlı verilişlər verilsin. "Poeziya
dəqiqələri", "Komediyalar aləminə səyahət",
"Musiqi çələngi" verilişlərini
bəyənirəm.
Fəridə
İbrahimqızı,
elmi katib
1. Televiziyalarda mən
elmi-publisistik verilişləri izləyirəm. Təbiətlə
bağlı verilişlərin daha çox verilməsini
istərdim. Belə verilişlər get-gedə azalır. Elmi
kəşflər haqqında verilişlər tez-tez
verilməlidir. Qədim, tarixi abidələrlə zəngin
olan bölgələrdən verilişlər maraqlı verilişlər
siyahısındadır. Şou verilişlərindən, seriallardan
uzaqlaşmaq vaxtıdır. Aktual problemlərlə
bağlı, gəncləri maraqlandıran mövzulara müraciət
edilməlidir.
2. AzTV-də son zamanlar
irəliləyişlər gözlə görülə
biləcək dərəcədədir. Bu kanalda gedən
"Ədəbi düşüncələr" və
"Zamanla üz-üzə" verilişlərini
bəyənirəm. Yazıçıların, ictimai
xadimlərin fikirləri, söhbətləri maraqlıdır.
AzTV-də səviyyə gözlənilir, estetik zövqün
formalaşması nəzərə çarpır. Mən bu yaxınlarda
bir hadisənin şahidi oldum ki, Azərbaycanda yaşayan
əcnəbilər "Muğam" müsabiqəsini necə
maraqla izləyirlər. "Məclisi-üns", "Yurd
yeri" bəyəndiyim verilişlər siyahısına
daxildir.
Nigar Babaxanova,
tərcüməçi
1. Əsasən, mənim televiziyalarda
bəyəndiyim sənədli və Azərbaycan filmlərinin
nümayişidir.
2. AzTV-də bəyəndiyim
"Vətəndaş" verilişidir ki, burada maraqlı
məqamlara toxunulur. "Muğam" müsabiqəsini
çox bəyəndim. Azərbaycan filmlərinin tez-tez
nümayişi xoşagələn hallardan biridir.
Cavid Cəfərov,
əməkdaş
1. Bu gün
teleməkanımız sürətlə inkişaf edir ki, bu da
seyrçilərə istədikləri mövzuda olan
verilişlərə baxmaq imkanını genişləndirir.
Lakin buna baxmayaraq, televiziyalarımızda müraciət
olunmayan bir qədər maraqlı mövzular var. Çox
istərdim ki, jurnalist araşdırmaları ilə
bağlı verilişlərin sayı artsın. Bəzi
kanallardakı qeyri-peşəkar, tarnaşaçıda
əsəb oyadan aparıcılar efirdən
yığışdırılsın,
xəbərlərdə operativlik yüksəlsin, dublyajın
səviyyəsi qalxsın və ən əsası,
dilimizə, tariximizə, milli-mənəvi
dəyərlərimizə hörmətlə
yanaşılsın. Yaxşı olardı ki,
hərbi-vətənpərvərlik mövzusundä olan
verilişlərin sayı və keyfiyyəti artsın.
Müasir Azərbaycan üçün bu, olduqca vacib
mövzudur.
2. Son dövrlər
AzTV-də inkişaf gözlə görülə
biləcək qədərdir, hiss olunur ki, kanal lider televiziya
olmağa iddialıdır. Bu kanalda ən çox
bəyəndiyim öz istehsalı olan telefilmlərdir. Bu filmlər
olduqca maraqlı mövzuları əhatə edir.
"Xəbərlər", "Kənd saatı", "Rakurs"
verilişlərini xüsusi maraqla izləyirəm. Bu kanalda
dublyaj olunan filmlər də olduqca ürəyə
yatımlıdır. AzTV-də ən çox sevdiyim
ölkə prezidentinin səfərləri,
görüşləri ilə bağlı süjetlərdir.
Bundan əlavə, "Ekran-Efir" qəzeti də, "TV
plyus" jurnalı da olduqca yüksək
səviyyədədir. Sevinirəm ki, dilimizin, mədəniyyətimizin,
tariximizin keşiyində duran, günün istənilən
vaxtı ailə ilə rahat şəkildə oturub izləyə
biləcəyimiz bir kanal var.
Cəmilə
Hüseynova,
elmi işçi
1. Musiqili-əyləncəli
verilişləri izləməyi xoşlayıram. Şou
xarakterli verilişləri bəyənmirəm.
2. Kanallar içərisində ən
çox sevdiyim məhz AzTV kanalıdır ki, bütün
verilişlərini izləyirəm. "Xəbərlər"ə
müntəzəm olaraq baxıram. "Muğam
dünyamız", "Səhər" proqramlarını
çox bəyənirəm.
Elnarə
Fərzəliyeva,
zal baxıcısı
1. Şou
verilişlərini izləyirəm.
2. AzTV-də muğam
verilişlərinə və Azərbaycan filmlərinə
baxıram.
Elşən Allahverdiyev,
əməkdaş
1. Məni daha çox siyasi, maarifləndirici,
tərbiyəvi sahələr maraqlandırır. Elmi
verilişlərə geniş yer ayrılmasını
istərdim. Heyvanlar aləmindən bəhs edən,
təbiətlə bağlı verilişləri bəyənirəm.
2. AzTV kanalında
"Fotoklub", "Zamanla üz-üzə",
"Xəbərlər", "Kinoklub",
"Səhər görüşləri" bəyəndiyim
verilişlər sırasındadır. AzTV-nin son vaxtlar
izləyiciləri nəzərəçarpacaq
dərəcədə artıb.
Ekran-efir.- 2008.- 15 fevral.- S. 5.