Mehdiyev
M.
Tarixi
yadigarları yaşadan ünvan
Respublika Prezidenti cənab İlham
Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər
Akademiyası Tarix Muzeyinin maddi-texniki bazasının
yaxşılaşdırılması haqqında
sərəncam imzalamışdır. Sənəddə
qeyd olunur ki, muzeydə mühafizə olunan eksponatların restavrasiyası
və yenilərinin alınması üçün
2008-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan bir milyon manat
məbləğində vəsait
ayrılsın. Muzeyin
direktoru Nailə Vəlixanlı demişdir:
- Bu binanın əsası ötən əsrin əvvəllərində
məşhur xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev tərəfindən
qoyulmuş, özü
də burada yaşamışdır. Sonralar
Tarix Muzeyi kimi tanınmışdır.
Doğrudur, qanlı repressiya və İkinci Dünya müharibəsi dövründə
onun qapıları bağlanmışdır. Nə
qədər çətin
olsa da, xalqımızın adına,
şərəfinə layiq
ünvan kimi yaşamışdır. Lakin
muzeyin daha çox tanınması, eksponatlarla zənginləşməsi
əsasən ötən
əsrin 70-80-ci illərində
olmuşdur. Ulu öndər Heydər Əliyevin Tarix Muzeyinə göstərdiyi
qayğı heç vaxt unudulmayacaq. Onun dəfələrlə
muzeyimizə gəlməsini
əks etdirən şəkillər bura gələnlərdə xoş
ovqat oyadır. O illərdə dünyanın
ən uzaq, ucqar ölkələrindən
muzeyə gələnlər
olurdu. Milli dəyərlərimizi, tarixi
yadigarlarımızı qoruyub
saxladığımız üçün
bizlərə minnətdarlıq
edər, ürək sözlərini rəy kitabına yazardılar.
Bir zaman muzeyə diqqət, qayğı azaldı. Divarlar çat verdi, suvaqlar qopub düşdü. Hətta yersiz, mənasız şayiələr
də uydurdular ki, guya muzey
ləğv olmaq üzrədir. Əlbəttə,
bütün bunlar əsassız idi. Gələcəyə ümidlə,
inamla baxırdıq. Nəhayət, arzumuza çatdıq.
İki il əvvəl cənab İlham Əliyevin imzaladığı sərəncama
əsasən binada əsaslı təmir işlərinə başlandı.
Şükürlər olsun
ki, aylarla davam edən təmir yüksək keyfiyyətlə başa çatdı. Vəziyyətlə
tanış olmaq üçün dövlətimizin
başçısı, möhtərəm Prezident İlham Əliyev muzeyə gəldi. Prezidentin verdiyi tapşırıqlar, məsləhətlər
indi də yadımızda qalıb. Yaxın günlərdə isə cənab Prezident xalqımızın tarixi-mədəni irsinin qorunub saxlanılmasında
və təbliğində
xidmətləri olan muzeyin eksponatlarının
restavrasiyası və
yenilərin alınması
üçün bir milyon manat məbləğində
vəsait ayrılması
barədə sərəncam
imzalayıb. Fürsətdən
istifadə edib deyirəm: çox sağ olun, cənab Prezident. Aylar, illər ötüb keçəcək, amma Sizin bu sərəncamınız
xalqımızın tarixini
yaşadan ünvanda mühafizə edilən
300 mindən artıq sənət nümunəsinin
gələcək nəsillərə
ərməğan edilməsinə
səbəb olacaq.
H.Vəlixanlı daha sonra dedi ki,
muzeyin açılış
mərasimi mart ayında olacaq. İnanırıq ki, tarixi yadigarların mühafizə olunduğu ünvan bundan sonra da şöhrətini
qoruyub saxlayacaqdır.
Azərbaycan.-
2008.- 15 fevral.- S. 1.