Norveçdə Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük maraq vardır

 

Fevralın 23-də "PARK-İNN Azərbaycan" mehmanxanasında "Azərbaycan-Norveç muzeyləri arasında əlaqələr" adlı layihənin birinci mərhələsinin açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, bu gün muzey sahəsində Azərbaycanda yeni bir layihənin həyata keçirilməsinə başlanılır. Beynəlxalq təcrübə baxımından layihə ölkəmizdə fəaliyyət göstərən hər bir muzey işçisi üçün olduqca lazımlıdır.
Prezident İlham Əliyevin muzey işinin təşkili ilə bağlı ötən il imzaladığı müvafiq sərəncamı xatırladan nazir demişdir ki, hazırda bu sahədə işlər müasir standartlara uyğun şəkildə aparılmaqdadır. Ölkəmizin başçısının tapşırığı ilə Azərbaycanda muzeylərin yenidən qurulması və əsaslı təmir olunması istiqamətdə ardıcıl işlər görülür.
Ə.Qarayev vurğulamışdır ki, rəhbərlik etdiyi qurum tərəfindən muzey işinin daha da təkmilləşdirilməsi bu sahədə görüləcək yeni işləri əks etdirən Dövlət Proqramı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Bildirilmişdir ki, ötən iki il ərzində qarşılıqlı səfərlər çərçivəsində Azərbaycanın Norveçin muzeyləri arasında sıx mədəni əlaqələr yaranmışdır. 2007-ci ildə Azərbaycanın Muzey Mərkəzi ilə Norveçin Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanmışdır. Sazişə əsasən 3 mərhələdən ibarət seminar-treninqlər keçiriləcəkdir. Birinci mərhələ fevralın 21-dən 29-dək Azərbaycanda, ikinci mərhələ mayın 19-dan 30-dək Norveçdə, üçüncü treninq isə oktyabrın 6-11- Bakıda keçiriləcəkdir. Bu təcrübə mübadiləsində Azərbaycanı 15, Norveçi isə 8 nəfər muzey mütəxəssisi təmsil edəcəkdir. İştirakçıların ixtisaslarının bilik səviyyələrinin artırılması ilə yanaşı, qarşılıqlı məlumatlandırılması da nəzərdə tutulur.
Tədbirdə Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen demişdir ki, seminar-treninqlərə ən çox təcrübəli, bacarıqlı muzey əməkdaşları cəlb edilmişdir. Hər iki ölkəni təmsil edən iştirakçıların əldə edəcəkləri təcrübədən az vaxt ərzində onlarla insan yararlanacaqdır.
Natiq bildirmişdir ki, ötən il Norveçin Stavanger şəhərində təşkil edilmiş "Karvansaray. Azərbaycan - odlar yurdu" sərgisi böyük maraqla qarşılanmışdır. Biz Azərbaycanın mədəniyyətini, incəsənətini, qədim tarixi keçmişini öyrənmək üçün belə qarşılıqlı sərgilərin, səfərlərin vacibliyini anladıq. Bu sərgiyə qədər Skandinaviya sakinləri Azərbaycanla bağlı çox az bilgiyə malik idilər.
Harald Yakobsen vurğulamışdır ki, əməkdaşlıq bundan sonra da davam etdiriləcək bu seminarlar hər iki tərəfi təmsil edən muzey işçiləri üçün maraqlı olacaqdır.
Bildirilmişdir ki, layihə Mədəniyyət Turizm Nazirliyinin muzey sektoru ilə Stavanger şəhərinin Arxeologiya Muzeyi tərəfindən həyata keçirilir.
Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin saytı haqqında geniş məlumat verilmiş bildirilmişdir ki, hər bir internet istifadəçisi burada ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, qədim adət-ənənələri muzeyləri ilə bağlı Azərbaycan, rus ingilis dillərində istənilən məlumatı əldə edə bilər.
Sonda Harald Yakobsen Əbülfəs Qarayevə ölkəsinin arxeoloji tarixini əks etdirən kitab təqdim etmişdir.

 

Azərbaycan.- 2008.- 24 fevral.- S. 2.