Sadıqlı F.


Neft muzeyinin yaradılması tarixə ehtiram, gələcəyə qayğıdır

 

Bu il fevral ayının 4- ölkə Prezidenti İlham Əliyev Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan üçün çox gərəkli olan belə bir muzeyin yaradılması təşəbbüsünün cənab İlham Əliyevə məxsus olması dövlətimizin başçısının xalqın tarixinə, maddi mənəvi dəyərlərinə yüksək qiymət verməsinin, gələcək inkişafa qayğı göstərməsinin daha bir təzahürüdür.
Bakıda neft muzeyinin yaradılması fəaliyyət göstərməsi qanunauyğun haldır. Çünki Bakı, Azərbaycan keçmişdən neft diyarı kimi tanınıb. Bu gün həyata keçirilən nəhəng neft-qaz hasilatı ixracı layihələri isə dünyaya səs salaraq yurdumuzun şan-şöhrətini daha da artırıb. Bütün bunlar Neft muzeyinin yaradılmasını zərurətə çevirib. Ondan gənc nəsil, Bakının qonaqları, burada çalışan xarici adamları mətəxəssislər, ölkəmizin bütün vətəndaşları faydalanacaqlar.
Bu, çox zəngin bir muzey olacaq. Çünki Azərbaycanda neft sənayesinin 160 illik dolğun tarixi var. Heç təsadüfi deyil ki, dünyanın karbohidrogen ehtiyatları çox olan rayonlarından, neftçıxarmadan, dənizdə quruda yeni yataqların mənimsənilməsindən bəhs edilərkən bir çox hallarda "ilk dəfə" sözləri məhz Bakı barədə söhbət gedəndə işlədilir. Məsələn, dünya tarixində neftin sənaye üsulu ilə çıxarılması ilk dəfə Bakıda baş verib: 1847-ci ildə "Bibiheybət" yatağında qazılmış quyudan neft fontan vurandaE
Boru kəməri ilə neftin nəqli ilk dəfə ölkəmizdə həyata keçirilib.
Belə bir xətt 1878-ci ildə Balaxanı mədənləri ilə Qara şəhər arasında çəkilmişdi.
1922-ci ildə Bakı neftçiləri dünyada ilk dəfə buxtanı qurutmaqla dənizdə neft yatağının istismarına nail olublar.
1949-cu ildə Xəzərdə, açıq dənizdə neft hasilatına başlanıb. Əfsanəvi Neft
daşları dünyanı riqqətə gətirib. Azərbaycan neftçilərinin "cığıraçan" olduğu barədə çox danışmaq olar. Müxtəlif dövrlərdə ölkənin iqtisadi inkişafı da məhz neft amili ilə bağlı olub. İqtisadi inkişaf isə öz növbəsində xalqın maddi rifah halına, mədəniyyətin, maarifin, elmin yüksəlməsinə təkan verib. İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının faşisti vuran təyyarələrinin Bakı nefti ilə hərəkətə gəlməsini xatırlatmamaq mümkün deyil.
Ölkəmizdə yeni neft erasının başlanğıcı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqların
ın "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə imzalanan saziş yeni neft strategiyasının başlanğıcını qoydu. Sonradan "Əsrin müqaviləsi" adını alan bu saziş indi artıq öz bəhrəsini verməkdədir. 2002-ci il sentyabrın 18- Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyularkən ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan qədim neft ölkəsidirE Ancaq heç vaxt neft Azərbaycan xalqına məxsus olmayıbdır. Xəzər dənizindəki bütün neft qaz yataqlarının hamısı Azərbaycan alimləri, geoloqları tərəfindən kəşf edilib, ancaq biz bunun sahibi olmamışıq. İndi isə müstəqil dövlətik. Müstəqil dövlət olaraq öz sərvətlərimizin sahibiyik. İstədiyimiz ölkələrlə əlaqələr qururuq belə işlər görürük".
Keçən il Azərbaycanda rekord həcmdə - 41,7 milyon ton neft hasil edilib. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri öz layihə gücünə çatdırılıb. İndiyədək dünyada neft diyarı kimi tanınan Azərbaycan qaz ixrac edən ölkə kimi şöhrət tapmaqdadır. Hazırda "Şahdəniz" qazı Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə çatdırılır. Oradan isə Azərbaycan qazı artıq Avropaya yol açır.
Bunlar indi ölkəmizdə dünya miqyaslı qlobal layihələrin reallaşdığını bir daha təsdiqləyir. Ən iri neft-qaz layihələrinə əməliyyatçılıq edən bp şirkətinin məsul vəzifəli şəxsləri deyirlər ki, onlar neftçıxarma sahəsində çox zəngin təcrübəsi olan bir ölkədə çalışdıqlarını hər an hiss edirlər. Bizim mütəxəssislərin biliyinə, səriştəsinə, yenilikləri tez qavrayıb əxz etmək qabiliyyətinə heyran qalırlar.
Bunları eşidəndə vaxtsa Neft daşlarının fatehlərindən birinin dediyi "Azərbaycanda hamı neftçi olmalıdır" sözlərini xatırlayırıq.
Əlbəttə, həmin neft korifeyi Azərbaycanda hamının ixtisasca deyil, qəlbən, ruhən neftçi olmasını arzulayıb.
Hamını bu peşənin sahibi kimi mərd, fədakar, mətin, qorxmaz görmək istəyib.
Azərbaycan neftinin tarixindən, keçdiyi yoldan hamımız qürur duymalıyıq. Dövlətimizin başçısının sərəncamı ilə yaradılan Neft muzeyi ölkənin neft salnaməsini bir daha xatırlatmaqla, öyrətməklə təbliğ etməklə həmin qürur hissimizi daha da gücləndirəcək.

Azərbaycan.- 2008.- 13 fevral.- S. 4.