Fransada heykəllərimiz tapıldı
Abidələr
1937-ci ildə Parisdə keçirilən müasir
incəsənət və texnika sərgisinə SSRİ
tərəfindən göndərilib
Fransada XVII əsrdən
qalmış qəsrdə araşdırma aparan arxeoloqlar
SSRİ dövrünə aid abidələr tapıblar.
APA-nın məlumatına görə, zirzəmiyə
atılmış çoxlu sayda 2,5-3 metrlik heykəllər
və heykəl qırıqları arasında Azərbaycanla
Ermənistana aid olanlar da var. Məlum olub ki, abidələr 1937-ci
ildə Parisdə keçirilən müasir
incəsənət və texnika sərgisinə SSRİ
tərəfindən göndərilib. Sərgidən sonra
isə SSRİ rəhbərliyi abidələri Fransanın CGT
həmkarlar təşkilatına hədiyyə edib. Bu qurum da
heykəlləri qəsrin yanında yerləşən və
həmkarların istirahət etdiyi parka qoyub. İkinci Dünya
Müharibəsi zamanı heykəllər
dağıdılıb və zirzəmiyə atılıb.
Mərkəz.- 2008.- 8 fevral.- S. 10.