Qaxdakı "Sumuq Qala" memarlıq abidəsinin mühafizəsi üçün tədbirlər davam etdiriləcəkdir

 

Qax Rayon icra Hakimiyyətindən bildirmişlər ki, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən XVII-XVIII əsrlərə aid "Sumuq qala" memarlıq abidəsinin və ətraf ərazinin seldən mühafizəsi üçün tezliklə burada sahilbərkitmə işlərinə başlanılacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yerinə yetiriləcək mühafizə tədbirləri üçün cari ildə dövlət büdcəsindən 700 min manat vəsait ayrılması nəzərdə tutulur.                      ,

Rayonun turizm  marşrutuna daxil edilən "Sumuq qala" memarlıq abidəsinın bərpasına 2003-cü ildə başlanılmışdır. İlkin mərhələdə qalanın torpaq altında qalan hissəsi üzə çıxarılmış, abidə tam bərpa olunaraq öz əvvəlki görkəmini almışdır. Abidəyə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə yeni giriş yolu çəkilmişdir.

Bundan əlavə, 2008-ci ildə Qaxbaş kəndinin ərazisində yerləşən "Həsənxan qalası"nda da bərpa işlərinə başlanılması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsində 100 min manat vəsait ayrılacaqdır.

 

Respublika.- 2008.- 21 fevral.- S. 6.