Sarıyeva İ.

 

Ağdamda “Tiqranakert” axtarırlar

 

Nəcəf Müseyibli: «Bu abidə barədə çoxdan bəyanat veriblər»

 

Erməni arxeoloqlarının saxtakarlığı təkcə bizə deyil, dünyanın hütün mütərəqqi, ağı qaradan seçməyi bacaran alimlərinə bəllidiı: Ermənilər işğal etdikləri ərazilərdə istədiklərini edirlər.

Bir tərəfdən torpaqları yandırır, digər tərəfdən Azərbaycana məxsus olan tarix, mədəniyyət, arxeoloji abidələri öz adlarına çıxırlar. Bu gün işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər bizim tariximizi saxtalaşdırır, Azərbaycan maddi-mədəniyyət abidələrini dünyaya «erməni abidə»ləri kimi təqdim edirlər. Bu günlərdə isə tetekanalların birində erməni alimlərinin Ağdamda apardığı arxeoloji qazıntılardan bəhs edən bir süjet yayımlandı. Erməni arxeoloqları işğal edilmiş ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparır, qondarma şəhərlər, abidələr «üzə çıxarırlar». Mənfur qonşularımız bu dəfə Ağdamın işğal edilmiş ərazisində, guya «Tiqranakert» adlı qədim «erməni» şəhərinin qalıqlarını tapdıqlarını deyirlər. Azərbaycan alimlərinin qənaətinə görə isə, bu abidənin ermənilərə heç bir aidiyyəti yoxdur. Tiqranın ermənilərlə heç bir əlaqəsi olmadığını deyən alimlərin sözlərinə görə, Tiqran erməni yox, parfiyalıdır. Bu barədə beynəlxalq elm təşkilatlarına hər hansı bir müraciət edib-etmə-əcəklərini öyrənmək üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli ilə əlaqə saxladıq. N.Müseyibli bizimlə söhbətində bunun yeni məlumat olmadığını bildirdi: “Bu yeni məlumat deyil. Ermənilər bu «abidə» haqqında çoxdan bəyanat veriblər. Onlar işğal olunmuş ərazilərdə qazıntılar aparır. Bu vəziyyətdə biz onlara nə edə bilərik? Biz siyasətlə deyil, tədqiqatla məşğuluq. Qarabağın bizdə olan ərazilərində arxeoloji tədqiqat işlərini davam etdiririk. Bir məsələni də deyim. Ümumiyyətlə, ermənilərin Qarabağda heç bir qədim izi yoxdur. Ermənilər XIX əsrdə «Türkmənçay» sülh müqaviləsindən sonra İran və Türkiyə ərazisindən köçürülərək Qarabağa gətirilən bir toplumdur. Yəni onların, ümumiyyətlə, nəinki Qarabağda, hətta Cənubi Qafqazda qədim izi yoxdur. Oradakı abidələr də qədim Azərbaycan abidələridir. Ermənilər gəlib işğal etdikləri ərazidə qazıntı aparır. Biz hələ bilmirik ki, onlar o qazıntıları hansı şəkildə aparır. Oradakı abidələri öz adlarına çıxırlar. Amma bunların hamısı yalandır. Ermənilərin o ərazilərdə heç bir şəhəri yoxdur. Oradakı abidələrin hamısı bizə məxsusdur. Ermənilərin bizə qarşı etdiyi bütün saxtakarlıqlarla bağlı təmsil etdiyi institut tərəfindən AMEA-nın Rəyasət Heyətinə müraciət edildiyini deyən N.Müseyiblinin sözlərinə görə, hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir: «Yəqin ki, hara lazımdır, ora da müraciətlər olunur. Biz onların internetdə yaydığı yanlış informasiyalara hər zaman öz münasibətimizi bildiririk”.

 

Bakı xəbər.- 2008.- 12 fevral.- S. 12.