Şəki Xan Sarayının fotoşəkilləri internet saytına yerləşdirilib

 

Rusiya Beynəlxalq informasiya Agentliyi "RİA Novosti" özünün internet saytında Şəki xan sarayına aid 15 fotoşəkil yerləşdirmişdir.

Qeyd edək ki, şəkilaltı sözlərdə çoxsaylı xarici turistlərin XVIII əsrin 60-cı illərinə aid bu Azərbaycan memarlıq abidəsinə baxmaq üçün Şəkiyə səyahət etdikləri bildirilir. İnternet saytında o da bildirilir ki, ikimərtəbəli sarayın tikintisində memarlar bişmiş qırmızı kərpic çay daşından, palıd çinar ağaclarından istifadə etmişlər. Tikintidə bir ədəd mismar işlədilməmişdir. İnşaatçıların yaratdığı xüsusi seysmik kəmər nəticəsində qədim Azərbaycan memarlarının bu möcüzəsi ən güclü zəlzələlərə belə davam gətirmişdir.

Xatırladaq ki, saytda Şəki xanı Hüseyn xan Müştaqın yay iqamətgahı olan bu sarayın 6 otaq, 4 dəhliz 2 güzgülü eyvandan ibarət olduğu, ikinci mərtəbənin kişi qadınlar üçün ayrıca iki hissəyə bölündüyü qeyd edilir. Buradakı suvaq üzərində rəngli naxışlar, otaqlardakı divar rəsmləri, ağacdan hazırlanmış aralarındakı boşluqlara müxtəlif rəngli şüşə parçaları bənd edilmiş həndəsi naxışlı pəncərə şəbəkələri diqqəti cəlb edir. Şəbəkənin bir kvadratmetri 3 mindən 7 minədək hissədən ibarətdir.

Saraydakı divar rəsmləri müxtəlif dövrlərdə yaşamış rəssamlar tərəfindən işlənmişdir. Onların arasında ən tanınmışları Usta Abbasqulu Usta Qənbər Qarabağidir. Divarlardakı təsvirlər bir-birini təkrarlamır. Bu təsvirlər nəbati ornament kompozisiyalarından, insan, quş rəsmlərindən, müharibə ov səhnələrindən ibarətdir.

 

Səs.- 2008.- 16 fevral.- S. 16.