Mərkəzi Asiya Qafqaz ölkələrində turizm" mövzusunda tədbir keçirilib

 

Fevralın 6-13 tarixlərində Yaponiyanın Tokio şəhərində Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən "Mərkəzi Asiya Qafqaz ölkələrində turizm" mövzusunda keçirilmiş proqramda Azərbaycan Respublikasından da nümayəndə iştirak etmişdir. Ölkəmizi Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin böyük məsləhətçisi Səbinə Zadayeva təmsil edib.
   Qeyd olunan tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Tacikistanın da dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
   Proqramın əsas məqamı olan "Mərkəzi Asiya Qafqazda turizm" adlı prezentasiya Yaponiyanın Turizm Agentliklərinin Assosiasiyası "SATA" 25 turizm şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Nazirliyin əməkdaşı proqram çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən prezentasiyanı iştirakçıların diqqətinə təqdim etmiş, Mədəniyyət Turizm Nazirliyinin turizm sahəsində gördüyü işlər barədə məlumat vermiş turist şirkətlərinin suallarını cavablandırmışdır. Həmçinin, Azərbaycanın turizm potensialını əks etdirən çap məhsulları turist şirkətlərinin nümayəndələrinə təqdimolunmuşdur.
   Tədbir zamanı Tokio, Kioto Hirosima şəhərlərinin görməli yerlərinə ekskursiyalar təşkil edilmiş bu yerlərin turizm potensialı iştirakçılara nümayiş etdirilmişdir.
   Proqram müddətində Yaponiyanın bir sıra tanınmış xadimləri, adamları turizm mütəxəssisləri ilə görüşlər keçirilmişdir.
   Seminarın sonunda bütün iştirakçılara sertifikatlar verilmişdir.
  

Səs.- 2008.- 23 fevral.- S. 12.