Azərbaycanlı rəssam Dəniz Qüvvələri
Komandanlığının həyata keçirdiyi layihədə iştirak edir
İstanbuldakı
Yedditəpə Universitetinin azərbaycanlı müəllimi
Rafiq Əzizov Dəniz Qüvvələri
Komandanlığının şəhərin Beşiktaş
rayonundakı sərgi salonunda aparılan bərpa
işlərində iştirak edir. Türkiyə bürosunun
xəbərinə görə, köhnə
əsərlərin təmiri ilə məşğul olan
R.Əzizov Türkiyə Hərbi Dəniz
Qüvvələrinin tarixini əks etdirən iri həcmli 5
ədəd yağlı boya tablosu da çəkib. Sərginin
açılış tarixi qısa müddətdə
müəyyənləşdiriləcək.
Açılışdan sonra komandanlığın yeni muzey
binasının təməli atılacaq. Rəssam R.Əzizov
komandanlığın bundan sonra reallaşdıracağı
layihələrin hamısında iştirak edəcək.
Qeyd edək ki, 1953-cü
ildə Göyçay rayonunda anadan olan Rafiq Əzizov Əzim
Əzimzadə adına Rəssamlıq Məktəbini və
N.Tusi adına Pedaqoji Universiteti bitirib. 1992-ci ildən bəri
Türkiyədə yaşayan rəssam ölkənin ən
böyük özəl təhsil ocaqlarından biri olan Yedditəpə
Universitetinin yaradıldığı 1996-cı ildən orada
dərs deyir. İndiyədək Türkiyədə onun 15
fərdi sərgisi açılıb.
Səs.- 2008.- 16 fevral.- S. 16.