Mədəniyyət və Turizm
Nazirliyinin
iki yaşı
Mədəniyyət və
Turizm Nazirliyinin yaranmasından 2 il ötür. Nazirlikdə son
iki ildə görülmüş işlərlə
bağlı mətbuat konfransı keçirilib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
bildirib ki, prezident İlham Əliyevin 30 yanvar 2006-cı
ildə imzaladığı sərəncamla Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
bir qurum kimi yenidən təşkil olunub. Azərbaycanda
mədəniyyətin daha da çiçəklənməsi
və inkişafı üçün əlindən
gələni edəcəyinə söz verən
Əbülfəs Qarayev bu işdə hamının
kömək və dəstəyinə ehtiyacı olduğunu da
bildirib: «Tək əldən səs çıxmaz,
xalqının mədəniyyətini qorumağı bacaran
dövlət yaşayır. Mədəniyyət və Turizm
Nazirliyi işini qədim mədəniyyətimizin qorunub
saxlanılması, çağdaş mədəniyyət
və turizmin inkişaf etdirilməsi istiqamətində qurur».
Kitabxana, teatr, muzey,
tarixi abidələrin qorunmasına dair proqramlardan, 2 il ərzində
ad alan sənətçilərdən, mədəniyyət
işçilərinə göstərdikləri qayğı
və diqqətdən geniş və ətraflı
danışan nazir gələcək planlardan da söz
açıb. Planlar sırasına aşıq
sənətinə diqqətin artırılması, 2009-cu
ildə teatr festivalının Bakıda keçirilməsi,
ənənəvi olaraq hər il 30 yanvar tarixdə televiziya
və jurnalistika sahəsində xüsusi fərqlənənlərin
mükafatlandırılması da daxil edilib.
Ədalət.- 2008.- 1 fevral.- S. 6.