Zümrüd
"Dağkəsəmən"
Qazax xalısı
İndiyədək Kiyev
İncəsənət muzeyində erməni xalısı kimi
nümayiş olunan "Dağkəsəmən" Qazax
xalısının XVIII əsr Qazax mədəniyyətinə
aid olduğu sübuta yetirilib. Bu səhv Kiyev
İncəsənət Muzeyində baş tutan sərgidə
düzəldilib. Muzeydə Ukrayna, Azərbaycan, Rusiya və
Polşadan olan ekspertlərin iştirakı ilə
keçirilən elmi-praktik konfrans zamanı Azərbaycan
xalçaçıları əsər üzərində olan
ornamentlər vasitəsilə xalının,
həqiqətən də, Azərbaycan xalqına aid
olduğunu sübut edib.
Qeyd edək ki, Kiyevdə XVIII-XIX əsrə aid "Azərbaycan xalıları" adlı sərgidə 10 xalımız nümayiş olunub. "Qaraqaşlı", "Qaçağan", "Ləmpə" və Qazax xalçaçılıq məktəbinə aid olan "Şəddə" kimi xalılar sərgi izləyicilərinin böyük marağına səbəb olub. Azərbaycan Dövlət Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, onlar Kiyev İncəsənət Muzeyi ilə artıq bir ildir ki, əməkdaşhq edirlər: "Bu sərgi bizim üçün ona görə əhəmiyyətlidir ki, dünyada Azərbaycan xalçası ilk dəfədir ki, Azərbaycan xalçası kimi təqdim edilir. Bu günədək belə bir hadisə olmayıb. Adətən, bizim xalçalar Qafqaz xalçaları kimi təqdim edilirdi".
Qeyd edək ki, Kiyevdə keçirilən xalça
sərgisi uzun müddət davam edəcək. Bununla
kifayətlənməyən dövlət muzeyi əməkdaşları Moskva
İncəsənət Muzeyi
ilə də danışıqlar aparır. Bu ilin
sonunadək Moskvada da Azərbaycan xalçaçılıq sənətini
əks etdirən sərginin açılması
nəzərdə tutulur.
Səs.- 2008.- 8 fevral.- S. 12.