Marka sərgisi kecirilib
Tədbirdə
Azərbaycanda 1918-2007-ci illər ərzində poçt
dövriyyəsində olan bütün markalar nümayis
etdirilib
Dünən Bern
şəhərində (İsveçrə) Azərbaycan
poçtunun beynəlxalq səviyyədə ən
böyük tədbirlərindən biri olan «Azərbaycanın
poçt markaları: 1918-2007-ci illər» mövzusunda
poçt markaları sərgisi keçirilib. Azərbaycan
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən
APA-Economics-ə verilən məlumata görə, sərgi
çərçivəsində Azərbaycanda 1918-2007-ci illər
ərzində poçt dövriyyəsində olan bütün
markalar nümayiş etdirilib. «Azərmarka» şirkəti
tərəfindən təşkil olunan sərgi Azərbaycanın
dünyada nüfuzunun artması baxımından çox
böyük əhəmiyyət kəsb edir.
Tədbirdə
Azərbaycanın Rabitə və İnformasiya
texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı
altında nümayəndə heyəti iştirak edib. Qeyd
edək ki, sərgi Ümumdünya Poçt
İttifaqının (ÜPİ) Poçt İstismarı
Şurasının sessiyası
çərçivəsində keçirilib. Sessiya yanvarın 24-də başlayıb və fevralın 8-dək davam edəcək. Bu sessiya ÜPİ-nin cari ilin avqust
ayında keçiriləcək
növbəti Nayrobi
(Keniya) Konqresindən əvvəl olan son sessiyadır. Sessiyada, əsasən, həmin konqresin hazırlıq məsələləri
müzakirə olunacaq.
Mərkəz.- 2008.- 5 fevral.- S. 15.