"Mozalan"
studiyası beynəlxalq mükafata layiq görülüb
İspaniyada
çıxan "Aktual-itad" jurnalının təsis
etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq
mükafatının xüsusi komitəsi bu ilki mükafatı
Azərbaycanın "Mozalan" studiyasına verilməsi
haqqında qərar qəbul edib. Bu barədə məlumatı
AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyi mətbuat
katibliyindən veriblər.
Beynəlxalq
mükafatın təqdimetmə mərasimi gələn ay
Yunanıstanın paytaxtı Afinada keçiriləcək.
Qeyd edək ki,
ötən il "Mozalan" studiyasına bədii
rəhbər təyin olunan Orxan Fikrətoğlu
qarşısına kinojurnalın keçmiş nüfuzunu
qaytarmaq, bu günkü tamaşaçının marağını
cəlb edə bilən yeni jurnal yaratmaq məqsədi
qoymuşdu. Bu yaxınlarda yeni buraxılışlar televiziya
kanallarının birində tamaşaçılara təqdim
ediləcək.
Paritet.- 2008.- 26-27 fevral.- S. 13.