Mehdiyev M.
Heykəltəraş Aslan
Rüstəmov yaradıcılığa
başladığı vaxtdan neçə-neçə tarixi
şəxsiyyətlərin, ədəbiyyat,
incəsənət xadimlərinin obrazlarını
mərmər, tunc üzərində canlandırıb. Axtarışları, gərgin
əməyi də yüksək qiymətləndirilib.
Mükafatlar, diplomlar,
fəxri adlar alıb. Hazırda Prezidentin fərdi təqaüdçüsüdür.
Görkəmli tişə
ustası sonuncu əsərini "Xocalı
soyqırımı - günahsız
qurbanlar" adlandırıb.
Həmsənətçi oğlanları
Teymur və Mahmudla birgə yaratdıqları monumental
abidəyə həyəcansız
baxmaq mümkün deyil. Müdhiş, dəhşətli qış
gecəsinin fəryadları,
ah-nalələri yaddaşlarda oyanır, müsibətləri göz
önündə canlanır.
Sənətkarlar bu kədəri inandırıcı
təsvir etməklə
yanaşı, faciə
ilə üzləşən
qadınların ümumiləşmiş
obrazını həmin
heykəldə işləmişlər.
Təxminən iki metr postament üstündə ucalan heykəlin hündürlüyü
3 metrdən artıqdır.
Abidənin fonunda isə heykəltəraşlar
faciənin mənzərəsini
sənətkarlıqla canlandırmışlar.
Müsibətlə üz-üzə qalan analar nalə çəkir, saç yolur, atalar düşmən
gülləsindən qətlə
yetirilən balalarını
sinələrinə sıxıblar.
O dəhşətli gecənin
əks-sədası olan bu fiqurların
duruşlarında, baxışlarında
hələ də inam ölməyib. Sanki yol gözləyirlər,
kömək, imdad umurlar.
Bakının, Xətai
rayonunun ərazisində
ucaldılan monumental abidənin əsas yaradıcısı və
müəllifi Aslan Rüstəmov deyir:
- 16 ildir ki dincliyim, rahatlığım
yoxdur. Yaradıcı adam ürəyindən keçən mövzunu araya-ərsəyə gətirməyincə yuxusunu
da itirirE Yetmiş bir yaşım var. Ölkəmizi qarış-qarış, oba-oba gəzmişəm. Laçında,
Kəlbəcərdə abidələr
ucaltmışam. El-obamızın
füsunkarlığını görəndə gözlərim
gülər, eynim açılar, yeni əsərlər yaratmağa
həvəsim daha da artardı. Xocalı soyqırımından
sonra elə bil tişəm əlimdən düşdü.
Oğlanlarımla birgə
yaratdığımız bu
heykəl kompleks, ümidvaram ki, milli dərdimizi çəkənlərə az
da olsa təskinlik
verəcək. Şəhidlərimizin
xatirələri isə
gördüyünüz abidə
qədər uzunömürlü
olacaq. Soyqırımı
gecəsi dünyalarını
dəyişənlərin hamısının
ruhu qarşısında
baş əyirəm.
Azərbaycan.- 2008.- 24 fevral.- S. 4.