Mükərrəmoğlu M.
Ötən iki il
mədəniyyətimiz üçün də uğurlu
olmuşdur
Mədəniyyət
və Turizm Nazirliyinin yeni strukturda fəaliyyətə
başlamasından keçən iki il ərzində
ölkəmizin mədəni həyatı xeyli
zənginləşdi. Mədəniyyət naziri Əbülfəs
Qarayevin bu münasibətlə keçirdiyi
toplantıda səslənən
faktlar bunu bir daha təsdiq
edir. 50 minlik kontingenti əhatə edən bu nazirliyin
tabeliyində 6308 tarixi abidə, 28 teatr,
1 sirk, 12 konsert müəssisəsi,
4047 kitabxana,
3000-ə yaxın klub, 160 dövlət muzeyi, 260 uşaq
musiqi, incəsənət
və rəssamlıq
mərkəzi, 34 rəsm
qalereyası və sərgi salonu, 20 dövlət qoruğu, 61 mədəniyyət və
istirahət parkı,
1 zoopark, 4 asudə vaxt mərkəzi və s. vardır.
Ölkənin 7 şəhərində
və 61 rayonunda mədəniyyət və turizm şöbələri fəaliyyət
göstərir.
Mədəniyyət Nazirliyi möhtərəm
Prezidentimizin ölkəmizin mədəniyyət və incəsənət
xadimlərinin yubileyləri ilə bağlı
sərəncamlarının icrasını yüksək
səviyyədə həyata keçirmişdir. Hüseyn Cavid,
Aşıq Şəmşir, İlyas Əfəndiyev,
Fikrət Əmirov, Xəlil Rza, Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev, Rəşid Behbudov və onlarla digər
ədəbiyyat və incəsənət xadimlərinin
yubileyləri təntənə ilə qeyd olunmuşdur.
Azərbaycan
mədəniyyəti dünyada geniş təbliğ
olunmuşdur. Bir sıra dövlətlərdə keçirilən
Azərbaycan mədəniyyəti həftələri, mədəniyyət
və incəsənət xadimləri ilə
görüşlər milli-mənəvi dəyərlərimizin
təbliği baxımdan çox əhəmiyyətli
olmuşdur.
Bundan başqa, tarix
və mədəniyyət abidələrimiz bərpa
olunmuş, onların bəziləri tamamilə yenidən
qurulmuşdur. Turizmin inkişafı üçün yeni imkanlar
yaradılmışdır ki, bunu da turistlərin il-ildən
artan sayı bir daha təsdiq edir.
Azərbaycanda kino, musiqi,
rəssamlıq sənətlərinin yeni üslubda
inkişafı təmin edilmişdir. "Salnamə" studiyası
yaradılmış "Heydər Əliyevin irsi və
Azərbaycan gəncliyi", çoxseriyalı sənədli
fılminin istehsalına başlanmışdır. Yeni-yeni filmlər
istehsal olunmuş, Eldar Quliyevin "Girov" filmi
Karlovı-Vanda keçirilən Beynəlxalq kinofestivalda
iştirak etmişdir.
Milli Məclisdə
“Teatr haqqında”, “Mədəniyyət haqqında”
qanunlar qəbul edilmişdir. Bütün bunlar mədəniyyətimizin
hüquqi bazasının
möhkəmləndirilməsində
mühüm rol oynamışdır.
Azərbaycan muğamının qorunub saxlanılması istiqamətində
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi ardıcıl
tədbirlər öz
nəticəsini vermişdir.
Möhtərəm Prezidentimiz mədəniyyət
və turizmlə bağlı 50-dən çox
fərman və sərəncam imzalamışdır. Mədəniyyət və Turizm Nazirliyi milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması və
gələcək nəsillərə
ötürülməsi üçün
bir sıra uğurlu tədbirlər həyata keçirmişdir.
M.Rostropoviçin xatirəsinə həsr olunmuş I Beynəlxalq Rostropoviç Festivalı
ölkəmizin paytaxtını
bir daha diqqət mərkəzinə
çəkdi.
Teatrların, mədəniyyət müəssisələrmin,
muzeylərin təmiri
diqqət mərkəzində
saxlanılır. Prezidentin sərəncamı ilə əsaslı təmir olunan Kukla Teatrı balaca tamaşaçıların
ixtiyarına verilmişdir.
Çox maraqlı faktlardan biri İslam Konfransı Təşkilatının
V konfransında Bakı
şəhərinin 2009-cu ildə
İslam mədəniyyətinin
paytaxtı elan edilməsi oldu. Rusiyada,
Belarusda, Moldovada Azərbaycan mədəniyyəti
günləri böyük
uğurla keçdi.
Müxtəlif beynəlxalq musiqi, teatr festivallarında Azərbaycanın incəsənət
xadimlərinin qazandığı
uğurlar milli mədəniyyətimizin inkişafının
əyani sübutudur. Təkcə
2007-ci ildə 200-dən çox
mədəniyyət və
incəsənət xadimi
möhtərəm Prezidentimizin
sərəncamı ilə
təltif olunmuşlar.
Bir-birinin ardınca incəsənətin müxtəlif sahələrinə dair möhtərəm Prezidentimizin imzaladığı sərəncamlar öz bəhrəsini verməkdədir. Kino, teatr, muzey işi, kitabxana və s. sahələrlə bağlı verilmiş sərəncamlar nazirliyin kollektivini daha da səfərbər etmiş, yeni nailiyyətlərə ruhlandırmışdır. Təkcə 2007-ci ildə ölkədə 19 yeni muzey yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxından köməkliyi, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın dəstəyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir (29 iyul 2007-ci il).
Kino sənətinin inkişafı ilə bağlı Prezident sərəncamından sonra (23 fevral 2007) ölkədə kinematoqrafiya sahəsində yeni canlanma müşahidə olunmağa başladı. "Ev", "Qrinviç meridianı", "Nəfəs" bədii filmləri təhvil verilmişdir. Bundan başqa "Milli bomba", "Məhkumlar", "Biz qayıdacağıq": "Cavid ömrü" bədii filmlərinin premyerası keçirilmişdir.
Turizm sahəsində də uğurlar olmuşdur. Ölkəmiz bir neçə nüfuzlu beynəlxalq turizm sərgisində iştirak etmişdir.
Ölkəmizə gələn xarici
vətəndaşların sayı
1320.000 nəfər olmuşdur.
Bu rəqəm 2002-ci illə müqayisədə
58 faiz çoxdur.
Göründüyü kimi nazirliyin yenidən təşkil edildiyi ötən iki ildə ölkəmizdə
mənəvi dəyərlərin
qorunub gələcək
nəsillərə çatdırılması
istiqamətində mühüm işlər görülmüşdür.
Xalq qəzeti. -2008.- 7 fevral.-
S. 7.