"Bu meydan, bu ekran - 2008" müsabiqəsi


Azərbaycan Mədəniyyət Turizm Nazirliyi növbəti "Bu meydan, bu ekran-2008" kino layihələri müsabiqəsini keçirir. Gənc nəsilə vətənpərvərlik ruhu aşılamaq, Qarabağ müharibəsi, eləcə , müasir həyatımızı əks etdirən digər mövzularda yüksək bədii səviyyəli kinofilmlər çəkmək, həmçinin, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, kinoda rəqabət tendensiyalarını gücləndirmək məqsədi daşıyan müsabiqədə film istehsal edən dövlət müstəqil studiyalar, şirkətlər iştirak edə bilər. Müsabiqənin şərtlərində göstərilir ki, kino layihəsinin rejissoru 35 yaşadək, eyni zamanda, kinematoqrafçı olmalıdır. Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında iki bağlı zərfdə martın 30-dək Mədəniyyət Turizm Nazirliyinə təqdim edilməlidir.

   Birinci zərfdəki sənədlərə çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən janr, format, uzunluğu göstərilməklə filmin ədəbi ssenarisi, ssenari müəllifi, rejissoru prodüserin gələcək film haqqında hər biri birsəhifəlik şərhləri, layihənin təxmini, lakin 30 min manatdan çox olmayan smeta dəyəri, filmin istehsal müddəti haqqında məlumat daxil edilməlidir.

   Eyni devizin qeyd olunduğu ikinci bağlı zərfə isə müsabiqə iştirakçısı studiyanın, şirkətin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt bank rekvizitləri, həmçinin, rejissorun, ssenari müəllifinin, prodüserin adları əlaqə telefonları qeyd olunmalıdır.

   Tərkibi mədəniyyət turizm naziri tərəfindən təsdiq edilən müsabiqənin münsiflər heyətinin hər bir üzvü tanış olduğu layihəni 10 ballıq cədvəl üzrə qiymətləndirir. Orta ballar hesablanmaqla ümumi rəy müəyyənləşdirilir. Onların rəyi əsasında səkkiz ən yaxşı layihə, onlardan üçü Qarabağ müharibəsi mövzusunda olmaqla müəyyən edilir müvafiq protokolla sənədləşdirilir. Münsiflər heyətinin qəbul etdiyi qərar mədəniyyət turizm nazirinin əmri ilə rəsmiləşdiriləcəkdir.

   Qaliblərin adları aprelin ikinci ongünlüyündə "Mədəniyyət" qəzetində açıqlanacaq.

 

 

Səs.- 2008.- 28 fevral.- S. 12.