Filmlər Ekspertlər Şurasının razılığından sonra çəkiləcək

 

Müstəqil kinostudiyalarla danışıqlar başlayıb

 

Azərbaycanda dövlət sifarişi ilə istehsalata buraxılan filmlər xüsusi ekspertlər şurasının razılığından sonra çəkiləcək. Bu barədə "Kaspi" Mədəniyyət Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov məlumat verib. O bildirib ki, Mədəniyyət Turizm Nazirliyində yaradılan bu şura dövlət studiyaları ilə yanaşı, müstəqil prodüserlərin təqdim etdiyi kinolayihələrin bədii səviyyəsi ictimai əhəmiyyəti haqqında rəy verəcək.

Qeyd edək ki, rəsmi olaraq artıq ötən ildən fəaliyyət göstərən Ekspertlər Şurası müstəqil kinostudiyalar prodüser mərkəzləri ilə danışıqlara başlayıb. Artıq filmlərini ekranda görmək istəyən müəlliflər işi şuraya kompleks şəkildə təqdim etməyə başlayıblar. Y.Şeyxov əlavə etdi ki, filmin ssenarisi ilə yanaşı, həm smetası, rollara seçilmiş aktyorlar, kostyumların eskizləri şuraya təqdim edilməlidir. Sektor müdirinin fikrincə, gələcəkdə şuranın rəyini alan filmlər nazirliyə, rəhbər dairələrə təqdim olunacaq ki, filmlər dövlət sifarişi ilə çəkilmək şansı qazansınlar.

Öyrəndik ki, şuranın tərkibinə adı gizli saxlanılan 8 kino xadimi, Mədəniyyət Turizm Nazirliyinin kino şöbəsinin əməkdaşları daxildir. Hər il müəyyən edilmiş müddətdə kinolayihələr qəbul ediləcək onlara müsabiqə prinsipi əsasında baxılacaq. Müsabiqə zamanı hər bir kinozərfin peşəkarlıq baxımdan səviyyəsi müəyyənləşdiriləcək. Yalnız bundan sonra onun dövlət sifarişi ilə istehsal olunub-olunmaması qərara alınacaq.

Qeyd edək ki, artıq yanvarın 15-dən şura kinolayihələri qəbul etməyə başlayıb. Yusif Şeyxov prosesin aprelin sonunadək davam edəcəyini söylədi. Ekspertlər layihələr üzərində işə mayda başlayacaqlar

 

Kaspi.- 2008.-14 fevral.- S. 17.