Filmlərin çəkilişinə 6 milyon manat ayrılıb

 

Bu pula həm bədii, həm sənədli, həm animasiya filmləri çəkiləcək

 

Mədəniyyət Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi gələn il çəkiləcək filmlərin layihəsini qəbul edir. Aprelin sonuna kimi enkspert şurası filmləri qəbul edəcək. May ayında isə ekspert şurasının qəbul etdiyi filmlərin adları açıqlanacaq. Bu barədə "Olaylar"a nazirliyin milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcov məlumat verib. Onun sözlərinə görə, bu il üçün qəbul edilmiş 4 filmdən üçünün üzərində artıq başlanılıb.
   Ayaz Salayev "Üçbucaq", Eldar Quliyev "İstanbul reysi" filmləri üzərində rejissor işi aparır. Sözügedən filmlər ilin sonuna kimi təhvil verilməlidi. Fikrət Əliyev isə filmini gələn il tamamlayacaq. Onu da bildirək ki, 2008-ci il üçün çəkiləcək filmlərə 6 milyon manat pul ayrılıb. Bu vəsaitə həm bədii, həm sənədli, həm animasiya filmləri çəkiləcək

 

Azad Azərbaycan.- 2008.- 19 fevral.- S. 7.