Günay
Azəri rejissor
türklərə cizgi filmi çəkməyi öyrədir
Azərbaycanlı
rəssam və cizgi filmləri rejissoru Vahid Talıbın
köməkliyi ilə Ankaradakı Qız Texniki Peşə
institutunda "Qrafik animasiya və cizgi film
şöbəsi" fəaliyyətə başlayıb. Bu
iki illik kurslar öz maraqlı, illüziyaya bənzər
dərsləri ilə diqqət çəkir.
Fakültənin dekanı Tanzer Özder türk nəşrlərinə açıqlamasında bildirir ki, məktəbin tələbələri birinci il rəssam kimi müxtəlif şəkil çəkir. İkinci il isə tələbələr həftədə 3 dəfə praktikada olur, 2 dəfə isə institutda dərslərini davam etdirirlər. Eyni zamanda Özder bildirir ki, institutda qədim türk sənəti ilə müasir türk sənətini birləşdirən qrafika və animasiya sahəsində mütəxəssisə ehtiyac var. Bunun üçün də bizim bu fakültədə dərs alan gənc tələbələrin iş problemi olmayacaq.
Kursların təşkilatçısı və
aparıcı müəllimi
olan azərbaycanlı
rəssam və cizgi filmləri rejissoru Vahid Talıb 1972-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasını,
1976-cı ildə də Moskva Universitetinin Cizgi Film Rəssamlığı
fakültəsini bitirib.
1983-93 illər arasında
Azərbaycan
Kino Təşkilatında 15 cizgi
filmi və 5 sənədli filmdə rəssam, rejissor kimi çalışıb
və beynəlxalq müsabiqələrdə bir
çox mükafatlar qazanıb. Açdığı
kurslarda fotoqraf, kamera, üç ölçülü cizgi
filmlərinə aid təhsil verildiyini deyən Talıbın sözlərinə görə,
məktəb hər cür texniki vəsaitə malikdir. Belə ki, yaratdıqları
sayt vasitəsilə tələbələr cizgi
filmi və qrafika sahəsində əldə etdikləri bilikləri aralarında paylaşacaq.
Paritet.- 2008.- 12-13 fevral.- S. 13.