Hüseynbəyli E.

 

Dünya kinosunu ana dilimizdə danışdıranlar

 

Çoxəsrlik tarixə malik Azərbaycan dili öz təşəkkülü inkişaf dövrü ərzində son dərəcə ağrılı məşəqqətli maneələri dəf etməli olub. Son 50 ildən artıq müddətdə isə bu istiqamətdə kültəvi informasiya vasitələri, xüsusən televiziya əvəzsiz rol oynayıb. Azərbaycan televiziyasında "Kino dublyaj" redaksiyası yarandığı vaxtdan mədəniyyətimizin, tariximizin dilimizin inkişafı, tərəqqisi, təkmilləşdirilməsi daim ön plana çəkilib. Ölkəmiz ikinci dəfə istiqlaliyyətini bəyan etdikdən, daha dəqiq desək, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə hərtərəfli canlanma aşkar nəzərə çarpırdı. Ulu öndərin 2001-ci il 18 iyun tarixli "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanı Azərbaycan Teleradio Verilişləri QSC-nin "Kino dublyaj" redaksiyasının fəaliyyətində irəliyə doğru köklü dəyişiklik yaratdı. İstər bədii, istər sənədli, istərsə maarifçiliyə yönəlmiş elmi-kütləvi xarici filmlərin dublyajına həm dilimizin tələbləri, həm mövzunun geniş tamaşaçı kütləsinə kifayət qədər anlaşıqlı sadə üslubda çatdırılması istiqamətində əhatəli tədbirlər həyata keçirildi. "Dublyaj" studiyasının ən müasir texniki avadanlıqla təchizatı yaradıcı kollektivin şəraitinin xeyli yaxşılaşdırılması yeni uğurlara real zəmin yaradıb. Bu gün inamla demək olar ki, Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin "Dublyaj kino proqramları" redaksiyası ölkə teleməkanında dublyaj sənəti sahəsində son dərəcə uğurlu fəaliyyət göstərən qurumdur.
   Xarici filmlərin ana dilimizdə səsləndirilməsi prosesinin dərəcədə ağır zəhmət tələb etdiyini sözlə ifadə etmək, yəqin ki, mümkün deyil. Belə ki, bu prosesdə təkcə mətnin tərcüməsi səsləndirilməsi deyil, eyni zamanda səslərin filmdəki obraza uyğun seçilməsi, tələffüzün dəqiq artikulyasiyası, ifadə cümlələrin orijinala ölçü baxımından yaxınlığı mühüm amillərdəndir. Təbii ki, sadalamaq istəmədiyimiz digər mühüm şərtlər az deyil. Redaksiyanın hər bir günü yaradıcı atmosferdə keçir. Təzəcə istehsalata verilmiş dublyaj filminin dərəcdə uğurlu alınması barədə müzakirələr, yeni filmin hazırlanmasında qarşıda duran vəzifələr, rol, daha doğrusu, səs bölgüsü sairə. Baş redaktor, əməkdar jurnalist Səyavuş Məmmədovdan öyrəndik ki, hər bir filmin dublyajına 7-8 aktyor dəvət olunur. Onların hamısı respublikada kifayət qədər tanınmış sənətkarlardır,
   Azərbaycanın ana televiziyasında dublyaj studiyasının yaranması əslində ölkəmizdə bu sahədə mövcud boşluğu aradan qaldıraraq xeyli çətin, lakin şərəfli vəzifənin gerçəkləşməsinə rəvac verdi.
Televiziya tamaşaçılarının, dünya kinosu incilərini seyr etmək istəyində olanların arzusunu reallaşdırdı. AzTV-nin "Dublyaj" redaksiyasının indiyədək ana dilimizdə mavi ekranlara çıxardığı dünya kinosu şedevrləri daim geniş tamaşaçı auditoriyası toplayır layiqli qiymətini alır. Nəinki hər dəqiqəsi, hətta qətiyyətlə demək olar ki, hər anı ciddi mübahisələr, məsləhətləşmələrlə ərsəyə gələn bu filmlərə çəkilən əziyyətin bəhrəsi isə tamaşaçı təşəkkürü qiymətidir. AzTV-nin film dublyajı üçün aktyor seçimi son dərəcə həssaslıq diqqətlə həyata keçirilir. Bu cəhətdən, ilk növbədə ad-san, şan-şöhrət yox, dublyaja uyğun, filmdəki obraza müvafiq orijinal səsə malik aktyorlara üstünlük verilir. Belə ki, ana dilimizdə tamaşaçılara təqdim edilən xarici filmlər elə bir səviyyədə olmalıdır ki, seyrçi bunun dublyaj deyil, elə öz filmlərimiz olduğuna inansın.
   Artıq neçə illərdir ki, minlərlə xarici filmi mavi ekran vasitəsilə doğma dildə tamaşaçılara çatdıran bu kollektiv səmimi, mehriban bir ailəyə çevrilib. Onların bir neçəsi burada işlədikləri dövrdə ailə qurublar. Ümumiyyətlə, hər bir əlamətdar hadisəni birlikdə qeyd etmək bu kollektivdə xoş bir ənənəyə çevrilib. Bu da öz növbəsində işgüzarlığın artmasına, filmlərin dublyajının keyfiyyətinə müsbət təsir edir.
   Son 2 ildə bu redaksiyada görkəmli sənətkarlara həsr olunan portret verilişlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Xalq artistləri Yusif Vəliyevin, Ələsgər Ələkbərovun, Əli Zeynalovun, Şahmar Ələkbərovun, Rafiq Əzimovun başqalarının həyat yaradıcılığını əks etdirən müvafiq verilişlər bu qəbildəndir.
   Ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda bütövlükdə kinematoqrafın, o cümlədən dublyaj sənətinin inkişaf etdirilməsinə daim qayğı göstərir. Bununla əlaqədar onun imzaladığı sərəncamda dublyajın daha da təkmilləşdirilməsi istiqamətində konkret tapşırıqlar vəzifələr əksini tapıb.
   Azərbaycan Respublikası Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Kino proqramları dublyaj" redaksiyasının əməkdaşları doğma dilimizin bütün gözəlliyini, spesifik xüsusiyyətlərini tamaşaçılara çatdırmaq üçün yaradıcılıq axtarışlarını davma etdirir, bu istiqamətdə fəaliyyətini daim genişləndirirlər.

 

525-ci qəzet.- 2008.- 20 fevral.- S. 7.