Ötən il Naxçıvanda 36 mədəniyyət müəssisəsinin fəaliyyəti dayandırılıb

 

Ötən il Naxçıvanda 36 mədəniyyət müəssisəsinin fəaliyyəti dayandırılıb. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu fikirləri Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Sarvan İbrahimoy səsləndirib.

Ötən ilin yekun nəticələrindən, əldə olunan uğurlardan danışan nazir çıxışında regionunun mədəniyyət müəssisələrində kadr fəaliyyətinin, həmçinin onların maddi-texniki bazasının araşdırılması məqsədilə komissiyaların təşkil olunduğunu bildirib. Komissiyanın rəylərinə əsasən 2007-ci ildə fəaliyyəti günün tələblərinə cavab verməyən 21 klub müəssisəsi və 15 kitabxana ləğv edildiyini deyib. Lazımi maddi-texniki bazaya malik şəraitli, əhaliyə mədəni xidmət sahəsində işlərində yol verdiyi nöqsan və çatışmazlıqlara görə isə 20 nəfər kitabxana və 41 klub işçisinin vəzifəsindən kənarlaşdırıldığını qeyd edən S.İbrahimov komissiyanın fəaliyyətinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 219 kitabxana, 205 klub və mədəniyyət evi, 19 muzey, 1 rəsm qalereyası, 26 uşaq-musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 3 dövlət teatrı, 1 fılarmoniya, 4 tarix, bədii və mədəniyyət qoruğu, 1157 tarix, mədəniyyət və memarlıq abidəsi mövcuddur.

 

Bakı zaman.- 2008.- 1 fevral.- S. 15.