Polşalılar Girov filmi vasitəsilə Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələrini öyrənirlər

 

Fevralın 22- Varşavanın mərkəzindəkiLunakinoteatrında tanınmış Azərbaycan kinorejissoru Eldar QuliyevinGirovfilminin təqdimatı olmuşdur.
Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının həyatındakı faciəli nəticələrini əks etdirən film polyak tamaşaçılarının böyük marağına səbəb olmuşdur.
Azərbaycan səfiri Vilayət Quliyev təqdimat mərasimində 20 il bundan əvvəl Ermənistanın Azərbaycana haqsız ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu dəhşətli maddi mənəvi zərbələr, ötən əsrin qəddar aktlarından olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir.
Kinoteatrın foyesində Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında hazırladığı sənəd materiallardan ibarət böyük sərgi təşkil olunmuşdur.
Matrın 7-Girovfilmi sərgi Polşanın mühüm mədəniyyət mərkəzlərindən olan Krakov şəhərində nümayiş etdiriləcəkdir

 

Xalq qəzeti.- 2008.- 24 fevral.- S. 2.