Sarıyeva İ.
Kino məmurları Prezident
Sərəncamını necə yerinə yetirir?
Azərbaycan kinosunu
ağır vəziyyətdən çıxarmaq
üçün peşəkarlar dəfələrlə
cəhd göstərsələr də, buna nail ola
bilməyiblər. Məlum olduğu kimi, milli kinomuz hazırda
həm maliyyə, həm peşəkar kadr, həm də
texniki vəsait sarıdan korluq çəkir.
Soruşa bilərsiniz
ki, beiə ciddi problem içində çabalayan Azərbaycan
kınosu, necə olur ki, il ərzində iki-üç,
bəzən isə dörd film istehsalata buraxır? Peşəkarların
bildirdiyinə görə, bu, onlara bir çox çətinliklər
bahasına başa gəlir. Dövlət büdcəsindən
kinoya maliyyə vəsaiti ayrılsa da, həm pulun həcminin
aşağı olması, həm də texniki
vəsaitlərin yarıtmazlığı ortaya
əməlli-başlı film çıxarmağa imkan vermir. Bunu
kino ekspertləri deyir. Azərbaycan kinosunu ağır durumdan
çıxarmaq məqsədilə kino xadimləri
ölkə başçısına müraciət
ünvanladıqdan sonra prezident İlham Əliyev kinonun
vəziyyətinin yaxşılaşdırılması,
dünya standartlarına cavab verən texniki vəsaitlərin
alınması, kadrların xarici ölkələrdə
hazırlanması, «Azərbaycanfilm» Kinostudiyasının
əsaslı şəkildə təmiri və yenidən qurulması,
Film Fondunda bina tikilməsi və s. kinonun aktual
problemlərilə bağlı sərəncam imzaladı. Bəzi
ekspertlərin fikrincə, prezidentin bu sərəncamından
təxminən bir ildən artıq vaxt keçir, lakin
hələ də ortada ciddi bir iş yoxdur. Ekspertlərin
sözlərinə görə, Rüstəm İbrahimbəyovun
yaratdığı Uşaq Kino Məktəbinin
fəaliyyətə başlaması müəyyən
qədər bu sərəncama xidmət edir.
Ekspertlər
sərəncamdan irəli gələn
məsələlərin hələ də Mədəniyyət
və Turizm Nazirliyinin kino sektoru tərəfindən həyata
keçirilmədiyini deyir. Hətta kino məmurlarının
bu sahədə heç bir iş görmədiyi
qənaətində olanlar da var.
Tanınmış kinoşünaslardan birinin
bildirdiyinə görə, ümumiyyətlə,
sərəncamdan sonra kino sektoru
mütəxəssislərinin iştirakı ilə hər hansı
bir iclas, yığıncaq keçirilməsinin şahidi
olmayıb: “Mən onların nə ilə
məşğul olduğunu bilmirəm. Demək olar ki,
sərəncam yerinə yetirilmir. Bəlkə də mən
səhv edirəm. Əgər bu kino ilə bağlıdırsa, orada
təsbit olunan məsələlərin müzakirəsinə
bizi dəvət etməlidirlər. Amma etmirlər.
Prezident
şərəncamının necə yerinə yetirilməsi
məsələsinə aydınlıq gətirməsi
üçün Mədəniyyət və Turizm Nazirliyinin
kino təbliği sektorunun müdiri Yusif Şeyxovla
əlaqə saxladıq.
Y.Şeyxov bizimlə
söhbətində artıq sərəncamın yerinə
yetirilməsi istiqamətində işlər
görüldüyünü dedi. «Nizami» kinoteatrının
yenidən qurulmasının layihə - smeta sənədlərinin
artıq hazırlandığını və bu yaxınlarda
tender elan olunacağını deyən nazirlik
sözçüsü «Azərbaycan kinosunun inkişafı
2008-2018» dövlət proqramı aidiyyəti nazirliklərlə
razılaşdırılma prosesindədir. Kinostudiyada təmir
qismən, kiçik tərkibdə başlanıb. Kinostudiyanın
dam örtüyü dəyişdirilib, aşkarlama laboratoriyasında
təmir gedir. Böyük təmirin və yeni avadanlıqla
təchiz olunmanın artıq layihə - smeta
sənədləri hazırdır. Bu sənədlərin
hazırlanmasında xarici layihələşdirmə
mütəxəssisləri iştirak edib. Məndə olan
məlumata görə, böyük işlərin
görülməsi üçün tender elan
olunmalıdır». Xaricdə kadr hazırlığının
və sərəncamda əks olunan digər
məsələlərin nə yerdə olmasına gəldikdə,
Y.Şeyxov «bundan artıq heç nə deyə
bilməyəcəyini bildirdi: «Sualınız var, mətbuat
xidmətinə verin».
Kadrların xaricdə
hazırlanmasının vacib olduğunu bildirən
kinoşünasların bəzilərinin fikrincə, bu gün
Azərbaycan ali məktəblərində səs rejissoru,
prodüsser, kino meneceri və s. kimi ixtisaslar olmadığından,
bu sahədə ciddi problemlər var. Ona görə də,
ekspertlər bizim gənclərin xaricdə bu
sahələrə və müasir dünya kinosunun
tələb etdiyi ixtisaslara yiyələnməsinə
böyük ehtiyac olduğunu bildirir. Mütəxəssislər
qeyd edir ki, vaxtilə, yəni Sovet dönəmində,
digər ittifaq respublikaları kimi, Azərbaycan da Moskvadakı
Ümumittifaq Kinematoqrafiya İnstitutuna tələbə
göndərirdi və onlar oradan ölkəyə
yüksək ixtisaslı, peşəkar kadrlar kimi
qayıdırdılar.
Qeyd edək ki,
təxminən iki il əvvəl Kinostudiyanın direktoru,
tanınmış kinorejissor Xamis Muradov qəzetimizə verdiyi
açıqlamada Kinostudiyanın təmir layihəsinin
Sankt-Peterburq Dövlət Layihələşdirmə
İnstitutunun mütəxəssisləri tərəfindən
həyata keçiriləcəyini bildirmişdi. Bununla
yanaşı, X.Muradov yerli mütəxəssislərin də
bu işə cəlb ediləcəyini istisna etməmişdi.
Bakı xəbər.- 2008.- 9-10 fevral.- S. 16.